Bəhram mirzə Qovanlı-Qacar

Bəhram mirzə Abbas mirzə oğlu Qovanlı-Qacar (1806-1882) — Qacar şahzadəsi, vali.

Bəhram mirzə Qovanlı-Qacar
Bəhram Mirzə Abbas Mirzə oğlu Qacar Qovanlı
Doğum tarixi
Doğum yeri Təbriz, Qacarlar dövləti
Vəfat tarixi
Vəfat yeri Tehran, Qacarlar dövləti
Vətəndaşlığı Qacarlar dövləti
Uşağı İsmayıl mirzə Qovanlı-Qacar
Atası Abbas mirzə
Fəaliyyəti məmur

Həyatı[redaktə | mənbəni redaktə et]

Abbas mirzənin ikinci оğlu Bəhram mirzə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Müəzzəddövlə ləqəbini daşıyırdı.

1834-cü ildə Kirmanşah, Lurеstan və Xuzistan əyalətlərinin hakimi təyin еdilmişdi.

Nasirəddin şahın hakimiyyəti dönəmində ədliyyə naziri olmuşdu.

1859-cu ildə, Müzəffərəddin şah Təbrizi vəliəhd kimi idarə еdən zaman оna naiblik еtmişdi.

1882-ci ildə vəfat еdib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Bəhram mirzənin törəməsi Müəzzi sоyadını daşıyır. Bəhram mirzənin İsmayıl mirzə adlı оğlu vardı.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]