Bəhreynin dövlət quruluşu

Bəhreynin dövlət quruluşu — 2002-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.

Bəhreyn
مملكة البحرين
Bayraq Gerb
Bayraq Gerb
Himn: Bizim Bəhreyn
Tarixi
 • Əsası qoyulub 17 dekabr 1907
Paytaxt Manama-500 min sakin
İdarəetmə forması Konstitusiya Monarxiyası
Kral Həməd ibn-İsa əl-Xəlifə [ 14.II.2002 ]
Baş Nazir Xəlifə ibn-Salman əl-Xəlifə [ 16.VIII.1971 ]
Sahəsi Dünyada 184-cü
 • Ümumi 750 km²
Əhalisi
 • Əhali 1 320 min nəfər (153-cü)
 • Siyahıyaalma (27.IV.2010) 1 234 500 nəf.
 • Sıxlıq 1760 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 61 560 million dollar  (102-ci)
 • Adambaşına 51 400 dollar  (21-ci)

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Bəhreyn mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan müstəqillik günü 14 avqustda (1971) qeyd olunur. Bəhreyn Krallığının yeni, sayca ikinci Konstitusiyası 14 fevral 2002-ci il tarixində qəbul edilmişdir.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

Bəhreyn 5 muhafazdan (Paytaxt, Mərkəzi, Mühərrək, Şimal və Cənub) ibarətdir.

Dövlət başçısı

[redaktə | mənbəni redaktə et]

Konstitusiyaya görə, Bəhreyn dövlətinin başçısı və nominal təmsilçisi sayılan, şəxsiyyəti toxunulmaz olan Kral — ölkənin dini rəhbəri, vətənin və milli birliyin legitim himayəçisidir, mühafizəçisidir. Kral hakimiyyətin idarə olunmasına nəzarəti həyata keçirir, Konstitusiyanın və qanunların aliliyinə zəmanət verir, əsas insan hüquq və azadlıqlarını müdafiə edir. Dövlət başçısı öz səlahiyyətlərini, Hökumətin siyasəti üçün onun və rəhbərlik etdiyi nazirlik qarşısında məsuliyyət daşıyan nazirlər vasitəsilə həyata keçirir.

Silahlı Qüvvələrin Ali Baş Komandanı və Ali Məhkəmə Şurasının rəhbəri olan dövlət başçısı, Kral fərmanlarına uyğun olaraq Baş naziri və Məşvərətçi Şuranın üzvlərini (Ali Məhkəmə Şurasının təqdimatı əsasında), Baş nazirin təqdimatına əsasən isə Kral dekretinə müvafiq olaraq nazirləri təyin və ya azad etmək və bir sıra digər mühüm səlahiyyətlərə malikdir. (hakimiyyət varislik əsasında ötürülür).

Qanunverici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

İkipalatalı Parlament — Yuxarı Palata olan Məsləhət Şurasından (40 yer; üzvləri Kralın sərəncamı ilə 4 illik müddətə təyin edilirlər) və Aşağı Palata olan Deputatlar Palatasından (40 yer; üzvləri mövcud qanunvericiliyə uyğun olaraq ümumi, birbaşa və məxfi seçki sistemi üzrə 4 il müddətinə seçilirlər) ibarətdir.

Parlament qanunvericilik fəaliyyəti ilə (qanunvericilik aktlarının qəbul edilməsi üçün hər iki Palatanın razılığı olmalıdır) yanaşı, ölkənin sosial-iqtisadi siyasətinin aspektlərinə aid olan məsələlər üzrə də səlahiyyətlidir.

Konstitusiyaya əsasən, hər iki Palatanın sessiya dövrü eyni vaxta təsadüf etməlidir. Belə ki, Aşağı Palata öz fəaliyyətini dayandırdığı təqdirdə, Yuxarı Palatanın sessiyasının fəaliyyəti də ona uyğun olaraq dayandırılmalıdır.

Hər bir Nazirlik öz fəaliyyətinə görə Deputatlar Palatası qarşısında cavabdehdir. Aşağı Palata nazirə 2/3 səs çoxluğu ilə etimadsızlıq göstərdiyi təqdirdə, o, dərhal istefa verməlidir.

İcraedici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

Nazirlər Şurası və ona rəhbərlik edən Baş nazir ölkədə icra hakimiyyətini həyata keçirir. Şura dövlət maraqları çərçivəsində dövlət siyasətini planlaşdırır və həyata keçirir, habelə dövlət aparatının fəaliyyətinə nəzarət edir.

Baş nazir Şura qarşısında duran vəzifələrin vaxtlı-vaxtında və Konstitusiyaya uyğun şəkildə yerinə yetirilməsinə nəzarət edir və onun fəaliyyəti üçün məsuliyyət daşıyır. Parlament qarşısında birbaşa cavabdeh olan Nazirlər Şurasının iclaslarına zəruri hallarda Kral sədrlik edir.

Məhkəmə hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Mülki, cinayət, kommersiya ilə məşğul olan, habelə qeyri-müsəlmanların şəxsi statusu ilə bağlı mübahisələri həll edən Mülki Hüquq Məhkəmələri və müsəlmanların fərdi statusu ilə bağlı bütün məsələlər üzərində yurisdiksiyası olan Şəriət Məhkəməsi tərəfindən həyata keçirilir.

Konstitusiya Məhkəməsinin üzvləri Kralın sədrliyi ilə Ali Məhkəmə Şurası tərəfindən, orta və aşağı instansiya məhkəmələrinin hakimləri isə Ədliyyə Nazirliyinin təqdimatı əsasında Baş nazirin fərmanı ilə təyin edilir.

  • Бодянский В. Л. Современный Бахрейн (справочник). — Москва: Главная редакция восточной литературы издательства "Наука", 1976.
  • Афанасьева В.К. Гильгамеш и Энкиду – М.: Наука, 1979,
  • Д. Рол. Генезис цивилизации – М.: Эксмо, 2002,
  • Пиотровский М. Б. Живая вода Бахрейна – /в кн.: Тилос. Путешествие в загробный мир — С.-Пб.: Изд-во Гос. Эрмитажа, 2012,