Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bəhruz Mahmud oğlu Zeynalov (24 dekabr 1926 – 25 mart 1998 Azərbaycanlı klarnet və balaban ifaçısı, bas balabanın banisi.[mənbə göstərin]
Bəhruz Zeynalov | |
---|---|
Bəhruz Mahmud oğlu Zeynalov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 24 dekabr 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 25 may 1998 (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Klarnet ifaçısı |
Fəaliyyət illəri | 1940–1998 |
Musiqi alətləri | balaban, klarnet |
Mükafatları |
Bəhruz Zeynalov Asəf Zeynallı adına Musiqi məktəbində təhsil almışdır. 12 yaşında Üzeyir Hacıbəyovun qarşısında imtahan vermiş və balabanda ifa etdiyi ikinci musiqidən sonra birbaşa Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinə solist kimi qəbul edilmişdir.[mənbə göstərin] Sonralar o, Asəf Zeynallı adına Musiqi məktəbində pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.
Bəhruz Zeynalov balabanın, zurnanın, tütəyin tarixi, quruluşu və digər məlumatları əks etdirən bir sıra yazıların müəllifidir. Azərbaycanda ilk dəfə olaraq muğamı, eləcə də dünya, şərq, xalq və bəstəkar mahnılarını balaban, zurna hətta tütək üçün belə nota almışdır.[mənbə göstərin] Bəhruz Zeynalovun Azərbaycan Dövlət Radiosunun Qızıl fondunda onlarla musiqisi saxlanılır.
Bəhruz Zeynalov 1998-ci ildə Bakıda vəfat etmiş və Şağan kəndində dəfn olunmuşdur.