Bəlucistan əyaləti — Pakistanın ən qərbdəki və ən böyük əyaləti. Qərbdən İran, şimal-qərbdən Əfqanıstan, şimal-şərqdən və şərqdən Pəncab və Sind əyalətləri ilə həmsərhəddir. Cənubda Oman körfəzinə sahili vardır. Əyalət bugünkü sərhədləriylə 1 iyul 1970-ci ildə meydana gəlmişdir.