Bənövşəyi səfərotu

Bәnövşәyi sәfәrotu[1](Lithospermum purpureocaeruleum) L .Aegonychon purpureocaeruleum-Hündürlüyü 30-50 sm, gövdəsi düz, çiçəkli vəmeyvə verməyən olub, nahamar-tükcüklü, sadə və ya yuxarı hissədə az budaqlanmış, dahasonra əyilmiş və yaxud sərilmiş, sıx yarpaqlaörtülmüş çoxillik ot bitkisidir.

Yarpaq.[redaktə | mənbəni redaktə et]

Yarpaqları oturaq, neştərvari, tamkənarlı, sivri və ya aşağı hissədə yerləşənlər kütdür, uzunluğu 2-4 sm-dir, hər iki tərəfdən basıq və seyrək tüklüdür, bir ədəd orta damarı nəzərə çarpandır, alt tərəfdə daha açıqdır.

Çiçək.[redaktə | mənbəni redaktə et]

Qıvrımları çoxçiçəkli deyildir. Tacın uzunluğu 15 mm-dir, bənövşəyi-göy rəngdədir, açılan zaman qırmızımtıl, kasacıqdan iki dəfə uzundur. Çiçəkləməsi May ayına təsadüf edir.

Meyvə.[redaktə | mənbəni redaktə et]

Fındıqcalar 4-5 mm uzunluqdadır, dəyirmi-yumurtaşəkillidir, küttəhərdir, ağ rəngdədir, hamar və parlaqdır.Meyvə verməsi iyun ayına təsadüf edir.

Azərbaycanda yayılması.[redaktə | mənbəni redaktə et]

Azərbaycanın bütün rayonlarında, (Naxçıvandan başqa) meşəli rayonlarda. Ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühüti.[redaktə | mənbəni redaktə et]

Meşə və kolluqlarda, meşə kənarında, talalarda, bağlarda, nadir hallarda bostanlarda rast gəlinir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016"