Bənazir Bhuttonun qətli 2007-ci il dekabrın 27-də Pakistanın Ravalpindi şəhərində baş vermişdir. Pakistanın iki dəfə baş naziri (1988–1990; 1993–1996) olmuş və o vaxtki müxalifətçi Pakistan Xalq partiyasının lideri Bənazir Bhutto 2008-ci ilin yanvarına planlaşdırılan seçkilər ərəfəsində seçkiqabağı kampaniyasını aparırdı[1][2][3]. Liakvat Milli Bağında keçirilən siyasi mitinqdən sonra ona atəş açıldı, atəşdən dərhal sonra isə terrorçulardan biri özünü partlatdı. O, yerli vaxtla 18:16-da (13:16 UTC) Ravalpindi Baş Xəstəxanasında ölü elan edildi. Bombardman nəticəsində daha 24 nəfər həlak oldu[4]. Bundan əvvəl Bhutto ona qarşı törədilən və ən azı 180 nəfərin öldüyü oxşar sui-qəsd cəhdindən sağ çıxmışdır, bu hadisə onun sürgündən qayıtdıqdan 2 ay sonra baş vermişdir.
Bənazir Bhuttonun qətli | |
---|---|
Hücum yeri |
Ravalpindi, Pakistan |
Hücum hədəfi | Bənazir Bhutto |
Vaxt |
27 dekabr 2007 8:16 PST |
)
Həlak olanlar | ən azı 24 nəfər (hücum hədəfi daxil olmaqla) |
Təşkilatçılar | Əl-Qaidə, Pakistan Təhriki Təliban |
İlkin məlumatlarda ölüm səbəbi şrapnel və ya güllə zərbəsi göstərilsə də[5][6], Pakistanın Daxili İşlər Nazirliyi əvvəlcə bildirdi ki, partlayış dalğası nəticəsində Bhuttonun başı avtomobilin lyuk hissəsinə bərk dəydiyindən vəfat etdi[7]. Bhuttonun köməkçiləri bu versiyanı təkzib etmişdilər ki, ona bomba partlayışından əvvəl iki güllə dəymişdir[8]. Daxili işlər Nazirliyi sonradan öz əvvəlki iddialarını geri çəkdi[9].
2007-ci ilin mayında Bhutto Blackwater adlı xarici podratçı agentlikləri və Britaniya firması olan ArmorGroupdan əlavə qorunma istəmişdir. BMT-nin insidentlə bağlı apardığı araşdırmalar göstərmişdir ki, "adekvat təhlükəsizlik tədbirləri vaxtında görülsəydi, xanım Bhuttonun qətlinin qarşısı alına bilərdi".[10]