Bərabər işarəsi — indiki formasına yaxın bir şəkildə ilk dəfə 1557-ci ildə riyaziyyatçı Robert Rekorde (1510–1558) tərəfindən istifadə edilmişdir.
XVI əsrə qədər bütün riyaziyyatçılar özlərinə xas bərabərlik işarəsindən istifadə edirdilər və vahid işarə olmadığından bir-birilərini çətin başa düşürdülər. Emre Robert Rekorde 1557-ci ildə The Whetstone of Witte adlı əsərində : "Bərabərdir sözünü bezdirici bir şəkildə tez-tez istifadə etmək əvəzinə öz işlərimdə də istifadə etdiyim iki paralel xətdən istifadə etmək olar" deyərək ilk dəfə istifadə etmişdir.