Bərdə rayon Səməd Vurğun adına Mərkəzi Kitabxanası

Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanası — cəmiyyətin intellektual mədəni inkişafına kömək etmək, bu məqsədlə kitabxananın fondunu xüsusi nəşrlərlə, elektron resurslarla komplektləşdirməsini, oxucuların informasiya təlabatının ödənilməsini, aktual məsələlərin, milli-mənəvi dəyərlərin, hərbi vətənpərvərlik tərbiyyəsinin, görkəmli şəxsiyyətlərin, şair və yazıçıların, sənət adamlarının yubileylərinə həsr edilmiş tədbirlərin və kitab təbliğinin təşkilini həyata keçirir.

Bərdə rayon Səməd Vurğun adına Mərkəz kitabxana
Səməd Vurğun adına Mərkəzi kitabxana
Bərdə rayon Səməd Vurğun adına Mərkəzi Kitabxanası
Bərdə rayon Səməd Vurğun adına Mərkəzi Kitabxanası
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tipi MKS
Yaradılıb 1957
Ünvan Bərdə rayonu, Üzeyir Hacıbəyov küçəsi 4.
Telefon Tel: (+99420 ) 205-29-01
Fax: (+99420 ) 205-57-81
Sayt barda.cls.az

Bərdə rayon Mərkəzi kitabxanası 1957-ci ildən fəaliyyət göstərir. Kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması məqsədilə Sov. İKP MK 1974-cü ildə "Zəhmətkeşlərin kommunist tərbiyəsindəvə elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq haqqında" qərarqəbul etdi. Bu qərarda müasir mərhələdə kitabxanaların ideoloji, mədəni-maarifvə məlumat funksiyaları müəyyənləşdirilmiş, kitabxanaların mərkəzləşdirilməsi məsələsi irəli sürülmüşdü. Bu qərarın qəbulundan dərhal sonra Azərbaycan KP MK onu həyata keçirmək üçün "Kitabxanaişi haqqında" xüsusi qərar qəbul etdi. Bu qərarda kitabxana işinin mərkəzləşdirilməsinə hərtərəfli kömək etmək rayon partiya komitələrinəbir vəzifə olaraq tapşırılmış, rayon xalq deputatları sovetləri icraiyyə komitələrinə kitabxana işinin yenidən qurulması üçün onların maddi-texniki bazalarının möhkəmləndirilməsinə kömək etmək, bina və kadrlatəmin etmək həvalə edilmişdi. Bu qərarın yerinə yetirilməsinə Azərbaycan KPMK-nın birinci katibi Heydər Əliyev bilavasitə nəzarət edirdi. Mərkəzi Komitənin qərarını yerinə yetirmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Soveti də respublikada kitabxanaişi haqqında qərar qəbul etdi. Kitabxana işinə bilavasitə rəhbərlik edən Azərbaycan Mədəniyyət Nazirliyi respublikada kitabxana işinin mərkəzləşdirilməsinə həsr edilmiş geniş kollegiya iclası keçirdi. Kollegiya respublikada kitabxana işinin mərkəzləşdirilməsinin proqramını, mərkəzləşdirmə planını və müddətini müəyyənləşdirən qərar qəbul etdi. Həmin qərara əsasən 1980-ci ilin noyabr ayında Bərdə rayonunda kitabxanaların Məkəzləşdirilməsi işi başa çatdırılmışdır.[1]

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il "6" oktyabrtarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kitabxana — informasiyasahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı qəbul edilmişdir. Proqramda elektron informasiya fondlarının formalaşdırılması və virtual kitabxanaların inkişaf etdirilməsi, "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın oxucuların istifadəsinə verilməsi, elektron kataloq və elektron kitabxanaların yaradılması işinin təmin edilməsi, onların müasir standartlar səviyyəsinə çatdırılması, kompyuterləşdirilmiş kitabxana infrastrukturunun qurulması, kitabxanaların yeni informasiya texnologiyaları ilə təchiz edilməsi, kitabxana fondlarının zənginləşdirilməsi, onların mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi, "Azərbaycanın kitab abidələri" dövlət reyestrinin hazırlanması, milli informasiya resurslarının elektron daşıyıcılara köçürülməsi, əhalinin bütün təbəqələrinə kitabxana-informasiya xidməti səviyyəsinin yüksəldilməsi və s. nəzərdə tutulmuşdur. Həmin proqramın yerinə yetirilməsi məqsədilə 2009-cu ildə Bərdə rayon Mərkəzi kitabxanasına Avtomatlaşdırılmış Kitabxana Sistemləri alınmış 2010-cu ildə kitabxananın Web saytı (barda.cls.az), Elektron katoloq və Elektron kitabxana və elektron məlumat bazaları ("Diyarşünaslıq", "Retro ədəbiyyatı", "Not", "Yeni kitablar", "Elektron nəşrlər", "Qəzet və jurnal məqalələrinin elektron kartotekası", "Rus dilində olan ədəbiyyat") yaradılmışdır. Hazırda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fondunda elmin müxtəlif sahələrinə aid 533 350 nüsxə ədəbiyyat toplanmışdır. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasının fondunda müxtəlif elm sahələrinə aid 48925 nüsxə ədəbiyyat vardır. Həmin ədəbiyyatın 112 nüsxəsi elektron resurslardır.

Kitabxana gözdən əlillərə və görmə qabiliyyəti zəif olanlara kitabxana informasiya xidməti göstərmək üçün "danışan kitablar"la (audiokassetlər, CD-lər) qismən təmin edilmişdir.

Kitabxananın strukturu

[redaktə | mənbəni redaktə et]

Hazırda Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanasında 6 şöbə fəaliyyət göstərir.

  1. Oxuculara xidmət şöbəsi
  2. Komplektləşdirmə və kitabişləmə şöbəsi
  3. Metodika və bibloqrafiya şöbəsi
  4. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi
  5. İnformasiya-resurs şöbəsi
  6. Uşaqlara xidmət şöbəsi
  1. Xələfov, Abuzər. Heydər Əliyev və Azərbaycanda kitabxana işi. — Bakı.-Azərnəşr, 2006.- 312 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]