Bərk neft məhsulları

Bərk neft məhsulları

Parafinlər əsasən normal quruluşlu molekulunda 18-35 ataomlu metan sırası, ərimə temperaturu 45-65oC olan karbohidrogen qarışığından ibarətdir. Parafinlərdə adətən bir qədər izoparafin, bir də molekulunda aromatik və naften nüvəli karbohidrogen təşkil edir.

Parafinmolekul kütləsi 300-450 olan kristallik quruluşa malik ağ maddədir. Parafinlər əsasən aromatik-keton həlledicilərindən istifadə edərək distillə olunmuş yağ xammalının parafinsizləşdirmə və yağsızlaşdırma yolu ilə alırlar. Əmtəə məhsulları almaq üçün yağsızlaşdırılmış parafinləri sulfat turşusu, kontakt üsulu, süzülmə və hidrogenləşmə yolu ilə təmizləyirlər. Təmizlik səviyyəsinə görə parafinləri yüksək təmizlənmiş və adi təmizlənmişlərə bölünür. Yüksək təmişlənmiş parafinlərin tətbiq sahələri:

  • - yeyinti məhsulları ilə təmasda olan konteynerləri və qablaşdırılma materialın hazırlanmasında;
  • - kosmetik preparatlar hazırlamaq üçün;
  • - əczaçılıq sənayesində;
  • - müxtəlif mumlu tərkiblərin hazırlanmasında.

Texniki təyinatlı təmizlənmiş parafinləri istifadə edirlər:

  • - təsərüffatın müxtəlif sahələrində xammal materialı kimi (sintetik yağ turşularının alınmasında, xlorparafinlərin və s.);
  • - kimyəvi məişət məhsullarının, əsasən şamların alınmasında;
  • - müxtəlif növlü kağızların, kartonların, tekstilin, taxta və metal səthlərin hopdurulması və örtülməsi üçün

Serezinlər- əsasən molekulunda karbon atomlarının sayı 35-dən 55-ə qədər olan izomer və normal quruluşlu parafin karbohidrogenin qarışığından ibarətdir. Serezinlərin tərkibində həmçinin parafin naften və parafin-naften-aromatik karbohidrogenlər vardır. Serezinlər – makrokristallik quruluşa malik maddələrdir. Parafinlərdən fərqli olaraq serezinlər yüksək özlülüyə və yağı qatılaşdırmaq qabiliyyətinə malikdirlər. Serezini parafinlərə əlavə etdikdə axırıncıların qatılaşma xassəsi artır, bu da bunlardan sürtkü, vazelin, krem və s. istehsalında istifadə etməyə imkan yaradır.

Neft serezinlərini qalıq rafinatların deparafinləşməsindən alınan petrolatumların yağsızlaşdırılmasından alırlar. Serezinləri sürtkülərin, vazelinlərin və s. alınmasında istifadə edirlər.

Vazelinlər parafin, serezin, petrolatum və mineral yağların qarışığından ibarət olur. tibbdə, baytarlıqda və elektrotexnikada istifadə olunur.

Neft bitumları

[redaktə | mənbəni redaktə et]

Bitum uzun müddətdir ki, ən çox məlum və mühüm tikinti materiallarından biridir. Öz yapışqan və hidrofob xassələrinə görə yol tikintisində, dam örtüklərinin hazırlanmasında, binaların və tikintilərin bünövrəsinin inşasında, boru kəmərlərinin çəkilməsində geniş tətbiq olunur. Bitum müxtəlif quruluşlu karbohidrogen və heterotsiklik birləşmələrin mürəkkəb qarışığıdır. O, asfaltenlərdən, qətranlardan və yağlardan ibarətdir. Yol çəkmə bitumlarını almaq üçün bunları oksidləşdirirlər. Oksidləşmə prosesi yüngül aromatik birləşmələrin ağır karbohidrogenlərə, sonra isə qatran və asfaltenə çevrilməsi ilə xarakterizə olunur. Mazutun vakuumda qovulmasını (sonradan oksidləşmiş bitum istehsal etmək üçün) qalıq bitum və qudron alınması üçün istifadə edirlər. Qudronun propanla deasfaltlaşması prosesində, həm əmtəə məhsulu kimi, həm də sonradan oksidləşdirmək üçün xammal kimi istifadə oluna bilən çökmüş bitum alırlar.

Neft koksları xarici görünüşünə görə məsaməli, əriməyən və həllolmayan tünd bozdan qarayacan rəngi olan bərk kütlədir. Kokslar tərkibində az hidrogen və başqa üzvi birləşmələr olan yüksək kondensləşmiş politsiklik karbohidrogenlərdən ibarətdir. Neft kokslarını neft qalıqlarının və piroliz qatranlarının kokslaşdırılmasından alırlar. Alınmasına görə koksları yavaş kokslaşanlar və qızdırılmış çənlərdə kokslaşanlara bölürlər. Neft koksları tətbiq olunur:

  • - xüsusi təyinatlı karbon konstruksiyalı materialların istehsalında;
  • - qrafit konstruksiyaların istehsalında;
  • - alüminiumun istehsalında;
  • - aşılayıcı və digər məhsulların istehsalında.
  • Новосад Е. В. Загрязнение Волги в период становления нефтяной промышленности в России - Вопросы истории естествознания и техники / Институт истории естествознания и техники им. С.И. Вавилова РАН (Москва); 13940. - Москва: Наука, 2006 - С. 61-72
  • Эрих В.Н. Химия нефти и газа. — Л.: Химия, 1966. — 280 с. — 15 000 экз.