Bərklik

Brinel üsulu ilə bərkliyin ölçülməsi
Vikkers bərkliyi ölçmə cihazı

Bərklik — bir cismin digər cismə batmasına qarşı yönəlmiş müqavimət. Bərklik yalnız bərk cismlərə yox, həm də yumşaq cismlərə aid edilir. Bərklik, materialın daxili deformasiyaya və kəsilməyə qarşı müqaviməti ilə xarakterizə olunan möhkəmlikdən fərqlidir.

Bərklik materialın bir çox xassələri haqqında fikir yürütmüyə imkan verir. Məsələn, bərkliyi məlum olam materialın səthində baş verə biləcək yeyilməni əvvəlcədən proqnozlaşdırmaq olar. Bərk şüşələr az cızılırlar, bərk dişli çarxlar yavaş yeyilirlər. Kəsici alətin materialını seçdikdə bərklik böyük rol oynayır. Bərk kəskilər daha uzunömürlülyə malikdirlər.

Ölçmə üsulları

[redaktə | mənbəni redaktə et]

Bərkliyi ölçmək üçün bir neçə üsul mövcuddur:

  • Brinel üsulu zamanı metallik kürə səthə sıxılır və müəyyən vaxtdan sonra səthdə alınan izin diametri ölçülür. Bərklik bu halda kürəyə qoyulmuş qüvvə ilə alınan izin sahəsi arasındakı asılılıq kimi hesablanır. Bərkliyin vahidi kqc/mm2-dır. Bu üsulla tapılan bərklik HB ilə işarə edilir. Burada H - hardness (ingiliscə bərklik), B - şkalanın adıdır.
  • Rokvel üsulu ilə ölçmədə səthə metallik kürə və ya konus batırılır. Bu üsulla təyin olunan bərklik ölçüsüzdür və HR, HRB, HRC, HRA ilə işarələnir. Bərklik HR = 100 − kd ilə hesablanır. Burada d yük göütürlüdükdən sonra ucluğun materiala daxil olma dərinlyidir, k isə əmsaldır. Beləliklə sonsuz bərk səthdə HR 100 olur, yumşaq materiallarda isə bərklik hətta mənfi qiymət ala bilər.
  • Vikkers üsulu ilə ölçmədə bərklik sətə dördkünclü almaz piramidanı batırmaqla təyin edilir. Bərklik piramidaya qoyulan yük və izin sahəsi (burada sətdə yaranan izin sahəsi yox, piramidanın metalın içərisinə daxil olan hissəsinin sahəsi götürülür) arasındakı nisbət ilə təyin edilir. Ölçmə vahidi kqc/mm²-dir. Bu üsulla alınan bərklik HV ilə işarə edilir.
  • Şor üsulu ilə bərklik yaydan asılmış kürəni səthdən itələməsi və ya iti uclu almaz iynənin materialın səthinə batma dərinliyi ilə müəyyən edilir. Bu üsulla alınan bərklik HSD ilə işarələnir.
  • Kuznetsov-Qerber-Rebinder üsulu zamanı yaydan asılmış materialın rəqslərinin sönməsi zamanı əsas götürülür.
  • Moos üsulunda araşdırılan səthin əvvəlcədən standartlaşdırılmış on mineral ilə cızılması və eyni zamanda bu on materialın hansılarının araşdırılan material tərəfindən cızılması təyin olunur.