Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bəsirətül-ətfal -
Bəsirətül-ətfal | |
---|---|
Müəllif | Rəşid bəy Əfəndiyev |
Ölkə | İstanbul |
Seriya | 1907 ci il |
Səhifə | 128 |
Rəşid bəy Əfəndizadə bir neçə dərslik müəllifidir. Bu dərsliklərdən biri 1898-ci ildə İstanbulda Azərbaycan dilində nəşr olunan “Uşaq bağçasi” haqqında ədəbi və elmi ictimaiyyətə məqalələrimizin birində ətraflı məlumat vermişdik. R.Əfəndizadənin İstanbulda çap olunmuş daha bir dərsliyi də vardır. Bu dərsliyin adı "Bəsirətül-ətfal"dır. "Bəsirət" ərəb mənşəli sözdür, "gözüaçıqlılıq, dərrakəlilik" kimi tərcümə olunur. "Ətfal" da ərəb mənşəlidir, "tifil" (uşaq) sözünün cəmidir. Deməli, "Bəsirətül-ətfal"ı "Uşaqların gözüaçıqlığı, dərrakəliliyi " kimi tərcümə etmək lazımdır.
Bu yazımız R.Əfəndizadənin İstanbulda çap olunmuş daha bir dərsliyi haqqındadır.
R.Əfəndizadənin bu adda ilk dərsliyi 1901-ci ildə Bakıda çap olunub. XX əsrin əvvəllərində R.Əfəndizadə xalqa və onun məktəbli övladlarına öz sözünü yenə də dərslik vasitəsilə söyləmək qərarına gəlib. O, 1901-ci il sentyabrın 12-də Qafqaz Senzura Komitəsindən Bakıda Azərbaycan dilində “Bəsirətül-ətfal” adlı 226 səhifəlik yeni bir dərsliyin çap edilməsinə icazə alıb. Dərslik Bakı Quberniya İdarəsinin mətbəəsində çap olunub.
Rəşid bəy Əfəndizadənin bu dərsliyi də onun 1898- ci ildə İstanbulda çap olunan “Uşaq bağçası” dərsliyi kimi türkdilli reqionlarda bəyənilib və təqdir edılib. Yeni dərslik – “Bəsirətül-ətfal” müəllifin “Uşaq bağçası” dərsliyi ilə yanaşı, mübtədi (ibtidai) məktəblərinin əsas oxu kitabı kimi şagirdlərin mütaliə mədəniyyətinin inkişafına güclü təsir göstərib. Dərslikdəki bədii parçalar, öyüd və nəsihət xarakterli yazılar məktəb yaşlı uşaqların elmi, idraki, həyati biliklərinin zənginləşməsinə yönəldilib. İki babdan - hissədən ibarət olan “Bəsirətül-ətfal”da Azərbaycan ədəbiyyatına,onun nəzəri məsələlərinə geniş yer verilməsi diqqəti cəlb edən məsələlərdəndir. Bu materialların hazırlanmasında Türkiyədə çap olunan dərslik və ensiklopediyalardan geniş istifadə olunması “Bəsirətül-ətfal”ın dəyərini artıran amillərdən biri kimi qiymətləndirilməlidir.
Rəşid bəy Əfəndizadə 1907-ci ildə “Bəsirətül-ətfal”ın yeni nəşrini hazırlayıb. Dərsliyin üz qabığında o dövrün müasir dərs avadanlıqları ilə təchiz edilmiş sinif otağının mənzərəsi əks olunub. [1]