Mayılov Bəxtiyar İxtiyar oğlu (13 aprel 1995, Surra, Sabirabad rayonu – 4 noyabr 2020, Qubadlı rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi.
Bəxtiyar Mayılov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 aprel 1995 |
Doğum yeri | |
Vəfat tarixi | 4 noyabr 2020 (25 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Təltifləri |
13.04.1995-ci ildə Sabirabad rayonu Surra kəndində anadan olmuşdur.Orta təhsilini Sabirabad rayon Şəfi Babayev adına Surra kənd tam orta məktəbində almışdır. Orta təhsillidir.
2013-cü ilin aprelində Sabirabad rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Əsgərliyi Ağdam rayon Quzanlı kəndindəki “N” saylı hərbi hissədə başa vurmuşdur. 2014-cü ilin oktyabrında hərbi hissədən tərxis olandan sonra Bakıda və digər rayonlarda tikinti işlərində fəaliyyət göstərirdi. Ali Baş Komandanın 27 sentyabr 2020-ci il tarixli əmri Bəxtiyarın həyat yolunda qəhrəmanlıq mərhələsinin başlanğıcı oldu. Könüllü olaraq ordu sıralarına yazılan Bəxtiyar 2020-ci 29 sentyabrda Sabirabad rayon Hərbi Komisarlığından Ağcabədi rayon istiqamətində cəbhəyə yollanır.Bəxtiyarın sonrakı döyüş yolu Füzuli və Zəngilan rayonlarından keçir, kənd və qəsəbələrin işğaldan azad olunmasında iştirak edərək döyüşlərdə xüsusi cəsarət və igidlik göstərir.Oktyabr ayının 20-də Qubadlı rayonunun Muradxanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirmək üçün yola çıxan bir qrup hərbi qulluqçu erməni hərbi dəstələri tərəfindən güclü atəşə məruz qalır. Erməni hərbiçilərinin əlində olan Muradxanlı yüksəkliyi vacib mövqe idi və komandanlıqdan verilən xüsusi tapşırığa əsasən Bəxtiyar da olmaqla bir dəstə zabit və əsgər həmin yüksəkliyi düşməndən geri almaq üçün piyada yola davam edir. Səngərin yaxınlığında ermənilərin qurduğu pusquya düşərək qeyri-bərabər döyüşə girməli olan döyüşçülərimiz son gülləyə qədər vuruşaraq düşməni geri oturda və yüksəkliyi ala bilir.
2020-ci il noyabrın 4 də Qubadlı istiqamətində gedən gərgin döyüşlərdə şəhid olur. Mayılov Bəxtiyar İxtiyar oğlu doğulduğu Surra kəndində dəfn edilmişdir.