Bəxtiyar Quliyev (idmançı)

Bəxtiyar Quliyev 17 dekabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.Ailənin ilk övladı olmuşdur. Uşaqlıqdan oxumağa böyük marağını görən Bəxtiyarın müəllimləri ailəyə onu H.Mahmudbəyov adına 2№-li texniki-humanitar elmlər litseyində təhsilinin davam etməsini tövsiyə etmişdir. Orta təhsilini bu litseydə başa vuran Bəxtiyar eyni zamanda idmana da böyük maraq göstərirdi. Litseyi başa vurandan sonra Azərbaycan Texniki Universitetinə qəbul olmuş və müvəfəqiyyətlə başa vurmuşdur . İçindəki İdmana olan sevgisi onu məhz bu sahəyə daha da cəlb edirdi. Həmin illərdə o Pauerliftinq üzrə Azərbaycan çempionatlarında iştirak etmiş və artıq Çempion adını qazanmışdır. O bu illərdə Ədliyyə orqanlarında çalışmağa başlayır. Hazırda Ədliyyə Mayorudur. İllər keçdikcə İdmançımız Dünya və Avropa arenalarında öz sözünü demiş və ölkəmizi fəxrlə təmsil etmişdir. Hətta Amerika Birləşmiş Ştatlarının Las Vegas şəhəribdə keçirilən yarışlarında birində Dünya rekorduna imza atmış və bu haqqda Amerikada dərc olunan "powerliftingusa" jurnalının Fevral2011 buraxılışında məqalə dərc olunmuşdur. (https://www.powerliftingusa.com/)

Bəxtiyar Quliyev
Bəxtiyar Quliyev
Şəxsi məlumatlar
Tam adı Bəxtiyar Quliyev
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (47 yaş)
Doğum yeri Bakı

Bəxtiyar Quliyev (17 dekabr 1975, Bakı) — indiyə qədər 8 qat dünya 8 qat Avropa cempionu və Dünya rekordçusu adını qazanmışdır. Azərbaycan Respublikası Prezidenti tərəfindən mənzil və Prezidentin Fəxri diplomu ilə təltif olunmuşdur. İllər keçdikcə Quliyevin içindəki idmana olan bu sevgisi onu bu sahədə ölkəmizi beynəlxalq arenalarda təmsil etməsi üçün gənc nəsil yetişdirmək arzusunu formalaşdırmışdır. Arzusunu həyata keçirmək üçün lazimi qurumlara müraciətlər etmişdir. Azərbaycan Milli Olipiya Komitəsinin verdiyi müsbət rəy məhz Bəxtiyar Quliyevin bu sahədə atdığı uğurlu addımların nəticəsi idi. O, Azərbaycanda Güc İdman Növlərinin inkişafına dəstək verən Azərbaycan Strongmen federasiyasinin prezidenti oldu. idmanın bu növü ölkədə yeni yaranmasına baxmayaraq çox tez populyarlaşdı. istər keçirilən yarışların yüksək səviyyəsi istərsədə yarışda qaliblərə verilən pul mükafatı və dəyərli hədiyyələri sayəsində İdmanın Qeyri olimpia növləri arasında seçilməyə başladı. Bəxtiyar Quliyevin atdığı bu addımlar ölkədə hüdudlarından kənarda da qiymətləndirildi. Belə ki, Dünya Strongmen Federasiyasının Latviyalı rəhbəri Quliyevi Dünya Strongmen Federasiyasına Vitse Prezident təyin etdi.

Eyni zamanda o Dünya Strongmen Federasiyasında "StrongFit" komitəsinə də rəhbərlik edir .

Bəxtiyar Quliyevin tək məqsədi Ölkədə sağlam gənc nəsil yetişdirməyə dəstək olmaqdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Bəxtiyar Quliyev 1975-ci il dekabrın 17-də Bakı şəhəri Biləcəri qəsəbəsində anadan olub.[1]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Evlidir, 2 övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]