Bəxtiyar Yaqubov

Bəxtiyar Yaqubov (tam adı:Bəxtiyar Mikayıl oğlu Yaqubov; d. 26 iyul 1941, Göyçay, Azərbaycan SSR, ö. 25 yanvar 2015) — professor, İsrail Azərbaycanlıları Konqresinin vitse-prezidenti.[1]

Bəxtiyar Yaqubov
Doğum tarixi
Doğum yeri Göyçay, Azərbaycan SSR
Vəfat tarixi (73 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili Azərbaycan Neft-kimya institutu
Fəaliyyəti akademik[d], alim

Bəxtiyar Yaqubov 26 iyul 1941-ci ildə Göyçay rayonunda doğulub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Neft-kimya institutuna daxil olub. 1963-cü ildə buranı bitirib, iki ildən sonra isə həmin təhsil müəssisəsinin aspiranturasına daxil olub. 1968-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. On il müddətində Azərbaycan Politexnik institutunda nəzəri mexanika fənnini tədris edib.[2] Azərbaycan Memarlıq və İnşaat Universitetində mühazirələr oxuyub. Sonralar İsrailə köçüb və həmin ölkədə yerləşən Holon Texnologiya Universitetinin professoru olub. Burada professor B.Yaqubov nəhəng kəşflərə imza atıb. Onun kəşflərinə yüksək qiymət verilib. B.Yaqubov həm də İsrail Azərbaycanlıları Konqresinin vitse-prezidenti idi.

Alim 2015-ci il yanvarın 25-də vəfat edib. Ailəli idi, 3 övladı var.

  1. "Göyçay rayonun görkəmli şəxsləri" (az.). goychay.cls.az. 2016-08-20. 2019-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-20.
  2. "İsraildə yaşayan azərbaycanlı alim vəfat edib" (az.). modern.az. 2015-01-25. 2019-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-20.