Bəyazid (Vivaldi)

Bəyazid və ya Tamerlan[3] 1735-ci ildə Antonio Vivaldi tərəfindən bəstələnmiş italyan operasıdır. Operanın librettosu Aqostino Pioven tərəfindən yazılmışdır. Əsərin premyerası Veronada, karnaval mövsümündə həyata keçirilmişdir. Opera (kataloq nömrəsi RV 703) üç hissəli simfoniya olan giriş və üç pərdədən ibarətdir. Operanın mövzusu Osmanlı sultanı I Bəyazidin Əmir Teymur tərəfindən əsir götürülməsindən sonrakı həyatına həsr edilmişdir. Məşhur "Sposa son disprezzata" ariyası bu operadandır.

Bəyazid
it. Il Tamerlano[1]
it. Bajazet[2]
Bəstəkar Antonio Vivaldi
Librettoçu Aqostino Pioven
Dili italyanca
Süjet Operanın mövzusu Osmanlı sultanı I Bəyazidin Əmir Teymur tərəfindən əsir götürülməsindən sonrakı həyatına həsr edilmişdir.
Pərdə 3
Səhnə 29
Yaradılma tarixi 1735
İlk səhnələşdirmə 1735[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Rol Səs tipi İlk oyunçu[4]
Tamerlan, tatar türklərinin imperatoru mezzo-soprano Maria Maddalena Pieri
Bəyazid, Osmanlı türklərinin imperatoru, indi Tamerlanın əsiri bariton Marc Antonio Mareschi
Asteriya, Bəyazidin qızı, Andronikin sevgilisi kontralto Anna Girò
Andronik, Yunanıstan şahzadəsi, indi Tamerlanla əlbirdir kontralto Pietro Moriggi
İrene, Trapezund şahzadəsi, Tamerlanla evlənəcəyinə söz verib kontralto Margharita Giacomazzi
İdaspe, Andronikin dostu soprano Giovanni Manzoli
  • Allegro
  • Andante Molto
  • Allegro
Pərdə Səhnə Resitativ/Ariya Personajlar
Pərdə 1 Səhnə 1 Resitativ: Prence Lo so: vi devo Bəyazid, Andronik
Ariya: Del destin non dee lagnarsi Bəyazid
Səhnə 2 Resitativ: Non si perda di vista Andronik, İdaspe
Ariya: Nasce rosa lusinghiera İdaspe
Səhnə 3 Resitativ: Principe, or ora i greci Tamerlan, Andronik
Ariya: In si torbida procella Tamerlan
Səhnə 4 Resitativ: Il Tartaro ama Asteria Andronik
Ariya: Quel ciglio vezzosetto Andronik
Səhnə 5–6 Resitativ: Or sì, fiero destino Asteriya, Tamerlan
Ariya: Vedeste mai sul prato Tamerlan
Səhnə 7–8 Resitativ: Non ascolto più nulla Bəyazid, Asteriya, Andronik
Ariya: Amare un'alma ingrata Asteriya
Səhnə 9 Resitativ: Così la sposa il Tamerlano accoglie? İrene, Andronik, İdaspe
Ariya: Qual guerriero in campo armato İrene
Səhnə 10 Resitativ: È bella Irene Andronik
Ariya: Non ho nel sen constanza Andronik
Pərdə 2 Səhnə 1 Resitativ: Amico, tengo un testimon fedele Tamerlan, Andronik
Səhnə 2 Resitativ: Sarete or ostinato İdaspe, Andronik
Ariya: Anche il mar par che sommerga İdaspe
Səhnə 3 Resitativ: Gloria, sdegno ed amore Asteriya, Andronik
Ariya: Stringi le mie catene Asteriya
Səhnə 4 Resitativ: Ah, disperato Andronico! Andronik
Aria: La sorte mia spietata Andronik
Səhnə 5 Resitativ: Signor, vergine illustre İdaspe, Tamerlan, İrene, Asteriya
Ariya: Cruda sorte, avverso fato! Tamerlan
Səhnə 6 Resitativ: Senti, chiunque tu sia Asteriya, İrene
Ariya: La cervetta timidetta Asteriya
Səhnə 7 Resitativ: Gran cose espone Asteria İrene, İdaspe
Ariya: Sposa, son disprezzata İrene
Səhnə 8 Resitativ: Dov'è mia figlia, Andronico? Bəyazid, Andronik
Ariya: Dov'è la figla? Bəyazid
Səhnə 9 Resitativ: Asteria, siamo al soglio…; Accompagnato: Odi, perfida Tamerlan, Asteriya, Bəyazid, İrene, Andronik
Kvartet: Sì crudel! questo è l'amore İrene, Bəyazid, Asteriya, Tamerlan
Pərdə 3 Səhnə 1 Resitativ: Figlia, siam rei Bəyazid, Asteriya
Ariya: Veder parmi, or che nel fondo Bəyazid
Səhnə 2–3 Resitativ: Andronico, il mio amore Tamerlan, Andronik, Asteriya, Bəyazid
Ariya: Barbaro traditor Tamerlan
Səhnə 4 Resitativ: Lascerò di regnare Andronik
Ariya: Spesso tra vaghe rose Andronik
Səhnə 5–7 Resitativ: Eccoti, Bajazette Tamerlan, Asteriya, Andronik, Bəyazid, İrene
Arioso: Verrò crudel, spietato Bəyazid
Səhnə 8 Resitativ: Signor, fra tante cure İrene, Tamerlan
Ariya: Son tortorella İrene
Səhnə 9 Resitativ: Signore, Bajazette İdaspe, Tamerlan, Andronik
Səhnə 10 Accompagnato: È morto, sì, tiranno Asteriya
Ariya: Svena, uccidi, abbatti, atterra Asteriya
Final səhnəsi Resitativ: Deh, tu cauto la segui Andronik, İrene, Tamerlan
Xor: Coronata di gigli e rose Hamı (ölmüş Bəyazid xaric)

Ariyaların mənşəyi

[redaktə | mənbəni redaktə et]

Bəyazid operası pastiççiodur. Bu Vivaldinin başqa bəstəkarın əsərindən bir parçanı alaraq öz əsərinə uyğunlaşdırmaqda ilk təcrübəsi idi. Bəstəkar özü müsbət personajlar (Bəyazid, Asteriya və İdaspe) üçün ariyaları yazmış, mənfi personajların (Tamerlan, İrene və Androniko) ariyalarını isə başqa bəstəkarların əsərlərindən götürmüşdür. Ariyaların bəziləri isə Vivaldinin əvvəlki operalarında da işlədilmişdir. Aşağıdakı cədvəldə Bəyazid operasında istifadə edilmiş ariyaların mənşəyi göstərilmişdir.

Ariya Bəstəkar Opera Orijinal adı
Del destin non dee lagnarsi Antonio Vivaldi L'Olimpiade Del destin non vi lagnate
Nasce rosa lusinghiera Antonio Vivaldi Giustino, eyni zamanda Farnace Senti l'aura lusinghiera /
Scherza l'aura lusinghiera
In sì torbida procella Geminiano Giacomelli Alessandro Severo
Vedeste mai sul prato Yohan Adolf Hasse Siroe re di Persia
Qual guerriero in campo armato Rikardo Broşi İdaspe
Non ho nel sen costanza Geminiano Giacomelli Adriano in Siria
Anche il mar par che sommerga Antonio Vivaldi Semiramide
Stringi le mie catene Antonio Vivaldi Semiramide
La sorte mia spietata Yohan Adolf Hasse Siroe re di Persia
La cervetta timidetta Antonio Vivaldi Giustino
Dov'è la figlia? Antonio Vivaldi Motezuma
Sposa, son disprezzata Geminiano Giacomelli Merope Sposa, non mi conosci
Sì crudel! questo è l'amore (quartet) Antonio Vivaldi Farnace Io crudel? giusto rigore
Veder parmi, or che nel fondo Antonio Vivaldi Farnace "Roma Invitta una clemente"
Spesso tra vaghe rose Yohan Adolf Hasse Siroe re di Persia
Coronata di gigli e di rose Antonio Vivaldi Farnace

Operanın yeganə tam səs yazması 10 may, 2005-ci ildə Virgin Classics tərəfindən istehsal edilmişdir. Bu səsyazmaya Fabio Biondinin rəhbərliyi altında, Brüsseldə Europa Galante tərəfindən həyata keçirilmişdir. İfaçılar aşağıdakılardır:

  • bass-bariton İldebrando D'Arxancelo – Bəyazid
  • konturtenor Devid Daniels – Tamerlan
  • mezzo-soprano Vivika Cenuks – İrene
  • contralto Mariyana Miyanoviç – Asteria
  • soprano Patrisia Ciofi – İdaspe
  • mezzo-soprano Elina Qarança – Androniko

Bu səsyazma 2006-cı ildə Ən yaxşı opera nominasiyasında Midem Klassik Mükafatına layiq görülmüş, 48-ci Qremmi mükafatlarının son siyahısına əlavə edilmişdir. Bu səsyazmadan əvvəl operanın müxtəlif hissələrinə dəfələrlə Sisiliya Bartoli kimi müxtəlif ifaçılar tərəfindən müraciət edilmişdir.

  • Frédéric Delaméa (2005). The Noble Death-Pangs of Vivaldian Opera. In Vivaldi: Bajazet [CD liner notes]. Virgin Classics
  1. Rinaldi M. Catalogo numerico tematica delle composizioni di Antonio Vivaldi.
  2. 1 2 Grove Music Online (ing.). OUP.
  3. Georq Fridrix Hendelin eyni adlı operası ilə qarışdırlmamalıdır.
  4. Ryom, Peter (2007). Vivaldi-Werkverzeichnis, p. 379. Breitkopf & Härtel.