Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Həsənov Bəybala Ruşan oğlu(1943-2003) - kimyaçı alim, kimya elmləri doktoru., AMEA Aşqarlar Kimyası İnstitutunda «Aşqarların fiziki – kimyəvi tədqiqi» laboratoriyasının sabiq müdiri
Bəybala Həsənov | |
---|---|
Bəybala Ruşan oğlu Həsənov | |
Doğum tarixi | |
Doğum yeri | İmişli şəhəri |
Vəfat tarixi | |
Vəfat yeri | Türkiyə, Van şəhəri |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahələri | "Üzvi kimya", "Fiziki kimya" |
Elmi dərəcəsi | kimya elmlər doktoru |
İş yeri | |
Mükafatları | "Əmək Veteranı" medalı |
Həsənov Bəybala Ruşan oğlu 1943 - cü ildə İmişli rayonunda anadan olmuşdur. 1960 - cı ildə məktəbi gümüş medalla bitirmişdir. B.R.Həsənov 1963 – cü ildə S.M.Kirov adına ADU – nun kimya fakultəsinə daxil olmuş və 1968 – ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir. Universiteti bitirdikdən sonra 1968 – ci ildə təyinat üzrə Azərbaycan SSR Elmər Akademiyasının Aşqarlar Kimyası İnstitutuna işə qəbul olunmuşdur.1970 – ci ildə Aşqarlar Kimyası İnstitutunun nəzdində aspiranturaya qəbul olmuş,SSRİ məkanında ən nüfuzlu elmi – tədqiqat ocaqlarından biri olan Latviya EA Uzvi – sintez İnstitutunda namizədlik dissertasiyasıni yerinə yetirmiş,1977 – ci ildə uğurla müdafiə etmişdir. 1979 – cu ilin may ayından müsabiqə yolu ilə «Aşqarların fiziki – kimyəvi tədqiqi » laboratoriyasının müdiri seçilmişdir. 1982 – ci ildə Azərbaycan KP MK Marksizim – Leninizim Universitetini müvəffəqiyyətlə bitirmişdir.O, işlədiyi İnstitutun ictimai həyatında fəal iştirak etmiş, partiya təşkilatının katibi vəzifəsində çalışmışdır.B.R.Həsənov üzvi maddələrin quruluşu,xassələri,reaksiyayaygirmə qabiliyyəti və fiziki – kimyəvi parametrləri arasındakı əlaqələrin aşkara çıxarılmasında orijinal tədqiqatlar aparmışdır. 1992 – ci ildə «Fenol və tifenol törəmələrinin quruluşu və qrafit anod üzərində elektrokimyəvi oksidləşmə reaksiyalarında reaksiyayaygirmə qabiliyyəti» mövzusunda dissertasiya müdafiə edərək kimya elmlər doktoru alimlik dərəcəsi almışdır. 1999 – cu ildən ömrünün sonunadək Türkiyənin Van şəhərində Yüzüncü İl Universitetində dərs demişdir. B.R.Həsənov 2003 – cü ildə Türkiyənin Van şəhərində vəfat etmişdir.
B.R.Həsənov fiziki – kimya,elektrokimya,üzvi kimya və üzvi sintez, üzvi maddələrin fiziki – kimyəvi tədqiqatları, o cümlədən molekulyar spektroskopiya, üzvi maddələrin quruluşu və reaksiyayaygirmə qabiliyyəti, üzvi elektrokimya,voltamperometriya kimi elmi sahələrdə geniş tədqiqat işləri aparmış, statistik analiz həyata keçirmişdir. İşlədiyi müddət ərzində B.R.Həsənov fiziki - kimya sahəsində biliklərini təkmilləşdirmək üçün daim çalışaraq özünü bilikli və yüksək ixtisaslı alim kimi təsdiq etmişdir. O, həssas,məsuliyyətli,savadlı bir alim kimi kollektivin dərin hörmətini qazanmışdır.
Elmi tədqiqatlar aparmaqla yanaşı 1973- 1994 – cü illərdə pedaqoji fəaliyyət də göstərmişdir.ADU – da mühazirələr oxumuş, xüsusi tipli kimya təmayüllü Zəngi liseyində kimya fənnini tədris etmişdir.
Geniş elmi – ictimai fəaliyyətini nəzərə alaraq «Bilik» cəmiyyətinin Ümumittifaq və Azərbaycan Şuralarının Fəxri fərmanları, habelə «Əmək» veteranı medalı ilə təltif edilmişdir.
B.R.Həsənovun apardığı elmi tədqiqatların nəticələri 100 – dən artıq elmi əsərdə, o cümlədən 10 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır.
Авт.свид.СССР №1048694. Приоритет изобретения 16.02.82г.
O, keçmiş SSRİ məkanında üzvi elektrokimya, polyaroqrafiya, üzvi analiz, kükürdlü neftlər və kükürd üzvi birləşmələr, nəzəri üzvi kimya sahəsində keçirilən Ümumittifaq elmi müşavirə, k9onfrans və simpoziumların fəal iştirakçısı olmuş, o cümlədən "Kükürd üzvi birləşmələr üzrə" simpoziumda VIII Beynəlxalq (Riqa,1980), XII Mendeleyev qurultayında (Bakı, 1981), I və II Beynəlxalq neft-kimya konfranslarında (Bakı, 1994, 1996) məruzələrlə çıxış etmişdir.