Bəyimdağ

Bəyimdağ- Azərbaycan Respublikasının Şabran rayonu ərazisində, Zarat kəndindən cənub qərbdə dağ.

Bəyimdağ

Hündürlüyü 936 m.

Bəyim (Xeyran Nisə bəyim - Səfəvi dövlətinin siyasi həyatında mühüm rol oynamış, Səfəvi hökmdarı Məhəmməd Xudabəndənin arvadı, 1 şah Abbasın anası olmuşdur. Mənbələrdə Məd-i Ülya kimi adı çəkilən bu qadın 1578/79-cu illərdə Şirvana hücum etmiş Krım xanının vəliəhdi Adil Gireyə və Osmanlı qoşunlarına qarşı vuruşan Səfəvi ordusuna bilavasitə rəhbərlik etmiş və Səfəvilər bu döyüşdə qələbə çalmışdı. Bu hadisədən sonra şirvanda bir çox yer adları bu qadının adı ilə bağlanmışdı) və dağ komponentlərindən ibarətdir. Memorial toponim sayılır.[1]

Dəvəçi rayonu

http://kayzen.az

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007