Bəzgək (lat. Tetrax tetrax), (Gruiformes) dəstəsindən bir quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]
Bəzgək | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Bəzgək |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Bel tərəfi qaraya çalan boz rəngdədir, üzərində tünd rəngli naxışlar var. Qarın tərəfi ağdır. Boynu qaradır, lakin iki yerdə ağ “boyunluğu” var.
Avropa, Asiya və Afrikada yayılıb. XX əsrin ortalarına qədər Azərbaycanda düzənlik və dağətəyi yerlərin açıq sahələrində qışlamış, həm də Şirvan və Mil düzlərində yuvalamışdır. Azərbaycanda artıq yuvalamır. Əsas populyasiyası Kür-Araz ovalığında və Acınohur-Ceyrançöl alçaq dağətəyi sahələrdə qışlayır.
Yarımsəhra və bozqırlarda, bəzən taxıl sahələrində yaşayır. Gündüz fəal olur. Azərbaycanda qışlayan və ötüb keçən populyasiyaları var. Payız miqrasiyası sentyabrın sonu, oktyabrın əvvəllərində, yaz miqrasiyası isə martda olur. Həşəratla, bitki toxumları və cücərtilərlə qidalanır
XX əsrin birinci yarısında Kür-Araz ovalığında bəzi sürülərində 20 minə qədər quş olub. Azərbaycanda bəzi illərdə 40-50 min bəzgək ovlanıb, 1990-cı illərə qədər bəzgəyin sayı kəskin azalmışdır. Yuvalayan populyasiyası məhv edilmişdir. Kür-Araz ovalığında 1989-cu ilin qışında Kürdəmir rayonu ərazisində 200, Biləsuvar rayonunda 150, Şirvan qoruğunda 200 bəzgək qeydə alınıb. Qızılağac Dövlət Təbiət Qoruğunda qışlamış bəzgəyin sayı 1989- cu ildə 1600, 2003-2005-ci illərin yanvar-fevral aylarında 3550-4910, Kür-Araz ovalığında 2001-ci ildə 28000, Acınohur-Ceyrançöldə isə 11000 olmuşdur. 90-cı illərdə Respublikada hər il orta hesabla 30000, 2006-cı ildə isə 41000 bəzgək qışlamışdır.
1990-cı illərə qədər bozqır və yarımsəhra sahələrinin əksər hissəsinin pambıq, üzüm və meyvə-tərəvəz əkini altına alınması, dağətəyi və düzən rayonlarda çoxlu mal-qara otarılması, taxıl əkini sahələrinin azaldılması və qanunsuz ovçuluq[4][5][6][7][8][9][10][11][12]
halları bəzgəyin sayını azaldır.
Qorunması üçün qəbul edilmiş tədbirlər: Ovlanması qadağandır. Qızılağac, Türyançay, Samux və Körçay Dövlət Təbiət Qoruqları, Şirvan və Ağgöl Milli Parkları bəzgəyin qışlaması üçün yararlıdır. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, CİTES və Bern konvensiyalarına daxil edilib.
Qorunması üçün məsləhət görülmüş tədbirlər: Yuvalayan populyasiyasını bərpa etmək üçün süni şəraitdə çoxaldılıb növ üçün səciyyəvi olan biotoplara buraxmaq, Kür-Araz və Lənkəran ovalıqlarında taxıl bitkiləri əkininin genişləndirilməsi, Ceyrançöl, Acınohur və Sarıca düzlərində yasaqlıq yaradılması vacibdir.