Bəzirgan (aşırım)

Bəzirgan aşırımı
Hündürlüyü1.633 m
Ölkə  Azərbaycan
Bəzirgan (aşırım) (Qafqaz)

Bəzirgan aşırımıQarabağ silsiləsində aşırım. Hün. 1633 m.

Laçın və Şuşa rayonları sərhədində, Bəzirgansu çayının (Həkəri çayının qolu) mənbə hissəsindədir. Yamacları meşəlikdir. Bəzirgan orta əsrlərdə şərq ölkələrində ticarətlə məşğul olan adamlara verilən addır. Farsca bəzərgan "tacir, sövdəgər" deməkdir. Çox güman ki, vaxtilə bu aşırım karvan yolunun üstündə olmuş və ticarətə xidmət etdiyindən bu adı almışdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bəzirgan (aşırım) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.