Bəzirgan aşırımı | |
Hündürlüyü | 1.633 m |
Ölkə | Azərbaycan |
Bəzirgan aşırımı — Qarabağ silsiləsində aşırım. Hün. 1633 m.
Laçın və Şuşa rayonları sərhədində, Bəzirgansu çayının (Həkəri çayının qolu) mənbə hissəsindədir. Yamacları meşəlikdir. Bəzirgan orta əsrlərdə şərq ölkələrində ticarətlə məşğul olan adamlara verilən addır. Farsca bəzərgan "tacir, sövdəgər" deməkdir. Çox güman ki, vaxtilə bu aşırım karvan yolunun üstündə olmuş və ticarətə xidmət etdiyindən bu adı almışdır.[1]