Bəzirxana abidəsi

Bəzirxana abidəsiSədərək rayonunun Sədərək kəndinin şimal-qərbində, Köhnə Kərki kəndi yaxınlığında orta əsrlərə aid karxana-arxeoloji abidə.

1960-cı illərdə burada yerin altından nəhəng zəyərək daşı tapılmışdır. Mütəxəssislərin fikrincə, XII əsrə aid edilən, diametri 3 m-dən artıq olan və dəyirman daşı formasında hazırlanmış həmin daşdan Bəzirxanada müxtəlif bitkilərin, xüsusilə zəyərəyin yağını çıxarmaq üçün istifadə edilmişdir. Bu məqsədlə Bəzirxana daşı, yaxud zəyərək daşı adlanan həmin daş qoşqu heyvanı vasitəsilə hərəkətə gətirilirdi.

  • Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 43.