BOINC (Berkeley Open Infrastructure for Network Computing - Berkli Universitetinin şəbəkə hesablamaları üçün açıq platforması) — paylanmış hesablamaların aparılması üçün açıq tipli (GNU LGPL licenziyası altında yayılır) proqram platformasıdır. BOINC sistemi SETI@home layihəsinin yaradıcısı Devid Andersonun rəhbərlik etdiyi komanda tərəfindən Kaliforniya (Berkli şəh. ABŞ) universitetində hazırlanıb. Bu sistemin yaradılmasına əsas səbəb radioteleskopdan gələn məlumatların emalı üçün kifayət qədər hesablama gücünün olmaması idi. Ona görə də, sistemi yaradanlar hesablama resurslarını və bir neçə elmi layihələrin cəmiyyətlərini birləşdirmək qərarına gəliblər. Qeyd olunan bu böyük məsələnin həlli üçün də BOINC program platforması yaradılıb. BOINC paylanmış hesablamaların aparılması üçün kliyent-server arxitekturasını istifadə edən bir sistemdir.