Baça poş

Baça poşƏfqanıstanPakistanda qızları kişi kimi böyütmək adət-ənənələri var — belə uşaqları "baça poş (bacha posh)" adlandırırlar. Bu cür üsul o ailələr tədbiq edir, övladlarının hamısı yalnız qız doğulur, bu da yerli adətə görə ailə üçün az qala rüsvayçılıq hesab edilir. "Baça poş"a kişi adı verilir, oğlan geyimləri geyindirilir və saçları qısa kəsdirilir. O, həmçinin cəmiyyətdə daha çox görünmə imkanı əldə edir, məktəbə gedir və idmanla məşğul olur. Lakin cinsi yetkinləşmə zamanı çatdıqda baça poş bütün kişi hüquqlarından məhrum olaraq yenidən qız həyatına geri dönür, bundan sonra isə ərə verilir. Adətən onlar pis həyat yoldaşı olurlar, belə ki, qadının öhdəliyinə düşən işləri, yemək bişirməyi, tikməyi və digər işləri görməyə məcburi surətdə öyrədilməyib.