Bağır Bağırov

Bağır Əli oğlu Bağırov (d. 12 avqust 1936, Masallı, Azərbaycan) — geologiya-minerologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elimlər Akademiyasının müxbir üzvü.

Bağır Bağırov
Bağır Əli oğlu Bağırov
Doğum tarixi (88 yaş)
Doğum yeri Masallı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi Geologiya
Elmi dərəcəsi Geologiya-minerologiya elmləri doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Dövlət Neft Akademiyası
Tanınmış yetirməsi G.m.e.d. Əhməd Salmanov
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2000

1936-cı il avqustun 8-də Masallı rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. Bağır Bağırov 1968-ci ildə namizədlik, 1984-cü ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Neft və qaz yataqlarının geologiyası prosesində onların etibarlı öyrənilməsini təmin edən kompleks geoloji-riyazi üsullar yaratmışdır. Avropa geoloqlar-mühəndislər birliyi – EAGE, Amerika Neftçi- Geoloqlar Cəmiyyəti – ASPG və riyazi geologiya assosiasiyası – COGEODATA-nın üzvüdür. 1969–1988-ci illərdə AN AZDNQİPL-də laboratoriya rəhbəri, direktor müavini, şöbə müdiri vəzifələrində işləmişdir. 1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiridir.

160-dan çox elmi əsəri, bunlardan 47-si xaricdə dərc olunmuşdur.

11 elmlər namizədinin elmi rəhbəri olmuşdur.