Bağırov körpüsü[1] — Heydər Əliyev prospektində yerləşir və 1950-ci illərin əvvəlində tikilmişdir. Körpü Mircəfər Bağırovun adını daşıyır. Körpünün üzərindən Dəmiryolu vağzalı istiqamətində və əks istiqamətdə hərəkət edən qatarlar keçir. Körpünün yuxarısında "Ericsson" markasının posteri olduğu üçün bir vaxtlar "Ericsson" adı ilə də adlanırdı.
Bağırov körpüsü | |
---|---|
azərb. Bağırov körpüsü | |
40°24′09″ şm. e. 49°52′54″ ş. u. | |
Keçid | maşın və qatar üçün |
Üslubu | Tağ körpü |
Memar | Əliş Ləmbəranski |
Açılışı | 1950-ci illər/2008 |
Körpünün Mircəfər Bağırovun avtomobillə aeroporta gedərkən uzun müddət yoldan keçən qatarı gözləyərək əsəbləşməsindən sonra onun göstərişi ilə tikildiyi ehtimal olunur[2].
2008-ci ildə "Bağırov" körpüsündə yenidənqurma işlərinə başlanılıb. Yenidənqurma işləri Türkiyənin "Kolin" şirkəti tərəfindən həyata keçirilmişdir. Layihə çərçivəsində əvvəlcə körpünün üzərinə çıxış üçün nəzərdə tutulan köməkçi yollar genişləndirilmiş, bundan sonra körpünün dizaynında yeniləşmə işləri aparılmışdır.[3]