Bağırsaq trixomonadı(lat. Dientamoeba fragilis) — insan, donuz və qorillaların mədə-bağırsaq traktında mövcud olan tək hüceyrəli excavata. Bəzi insanlarda narahatlığa səbəb ola bilir.[1]
Bağırsaq trixomonadı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Tip: Yarımtip: Ranqsız: Dəstə: Fəsilə: Cins: Növ: Bağırsaq trixomonadı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Bağırsaq trixomonadının bədən forması kürə və oxlovvari olub, uzunluğu 5–15 mkm-dir. Bədənin ön hissəsi qismən dəyirmi olub, qamçıya malikdir. Bədənin bir tərəfində onun bütün uzunluğu boyu qamçı formasında uzanan və bədənə nazik pərdə ilə birləşən titrəyici membran yerləşir. Membranı onun zəif hərəkəti zamanı görmək mümkündür. Bədənin ön hissəsinə yaxın tərkibində bir neçə xromatini olan kiçik qovuğabənzər nüvə vardır. Nüvə ilə bədənin ön kənarı arasında kinetosom yerləşir və ondan bilavasitə qamçılar çıxır. Öndən arxaya doğru uzanan bütün bədən üçün dayaq rolu oynayan aksostil yerləşir. Belə ehtimal olunur ki, endoosmotik yolla qidalanır. Çoxalması qeyri-cinsiyyətli yolla, uzununa bölünməklədir. Sista əmələ gəlməsi məlum deyildir. Bağırsaq trixomonadı insana yaxşı təmizlənməmiş tərəvəz və çirkli su ilə yoluxur.[2] Parazit, əsasən, yoğun bağırsaqda yaşayır. Bakteriya və qismən eritrositlərlə qidalanır. İnsanda xəstəlik törətməsi məlum deyil. Nəcisdə vegetativ formada təsadüf edilir. Profilaktik tədbir olaraq ümumi gigiyena qaydalarına riayət etmək tələb olunur.