Bağ parabüzəni (lat. Pullus subvillosus Goeze.) – formasına görə adi parabüzənlərdən fərqlənməyən parabüzən növü. Sarı rəngli qanadüstlüyü aşağı hissəsində qara cüt nöqtələr aydın görünür.
Bağ parabüzəni | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Bağ parabüzəni |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Formasına görə adi parabüzənlərdən fərqlənmir. Sarı rəngli qanadüstlüyü aşağı hissəsində qara cüt nöqtələr aydın görünür. Qanadüstlüyünün başa yaxın hissədən başlayan enli haşiyə yarıdan sonra kəskin nazikləşir və sonra "nida" işarəsinə bənzər forma demək olar ki, qanadların üstü ilə simmetrik olaraq bədənin sonuna qədər uzanır, kiçikdirlər, 2 mm-dir. Hər topada 3–7 yumurta qoyurlar. Sürfələri çox acgözdür və cəlddir. Təbii düşmənləri çox olduqda gizlənirlər. Bunlarda qida çatışmayanda hannibalizmi müşahidə olunur. Mənənə ilə qidalanır.[2]
Azsaylıdır, yalnız Arazboyu düzənlikdə quru tikan kolları və quru otlar üzərində may ayının yarısından görünürlər.