Bağdad Batareyası — 1936-cı ildə arxeoloq Vilhelm Koniq tərəfindən Bağdad yaxınlığındakı bir Parfiya ərazisində kəşf edilmiş bir növ saxsıdır. Koniq saxsının içindəki mis silindr və bu silindrə sabitləşdirilmiş bir dəmir çubuq tapıntının qədim dönəmdə Voltaik bir batareya olduğunu isbat edir. Bu tapıntı Cenevrə və Xildesxaym kimi muzeylərin sərgisi nəticəsində gündəmə gəlmişdir. Məhz bu, elektrokimyəvi reaksiya olaraq bilinən hadisədir və günümüzdə istifadə edilən batareyaların işləmə mexanizmindən heç də fərqlənmir. Bağdad batareyasını əsas götürərək düzəldilən modellərdə aparılan sınaqlar zamanı 1.5–2 volt arasında enerji əldə edilmişdir.
Bağdad batareyası adı ilə tanınan saxsı 14 sm uzunluğundadır. Vazoya oxşar formalı bu saxsının ən böyük radiusu 8 sm-dir. İçindəki altıbağlı mis silindrin uzunluğu 9 sm, radiusu isə 26 mm-dir. İçərisində asfaltabənzər bir maddə ilə sıxlaşdırılmış və olduqca çox paslamış bir dəmir çubuq vardır.
Bu mis silindr su keçirməz deyil, içərisi turşu dolu olsa idi mis silindr də dolacaqdı.
Koniq kəşfini tanıtdığı məqaləsində Parfiya İmperiyası dövrünə aid olduğunu dilə gətirir. Ona görə bu saxsının miladdan əvvəl 250, miladdan sonra 224 illəri arasında düzəldildiyi deyilməkdədir. Britaniya Muzeyi iş adamı St John Simpson, bu saxsının bu dövrlərə aid olmadığını və bu fikrin dəqiq olmadığını irəli sürmüşdür. Parfiya İmperiyasından əlavə bu saxsının Sasani dövrünə aid olduğu da deyilir.