Bağdad bəy Məlikyeqanlı

Bağdad bəy Məlik İsay oğlu (1757, Tuğ, Dizaq mahalı, Qarabağ xanlığı1809, Tuğ, Dizaq mahalı, Qarabağ xanlığı)

Bağdad bəy
Bağdad bəy Məlik İsay oğlu
Doğum tarixi
Doğum yeri Tuğ, Dizaq mahalı, Qarabağ xanlığı
Vəfat tarixi
Vəfat yeri Tuğ, Dizaq mahalı, Qarabağ xanlığı
Uşaqları

Məlik Aslan bəy, Əlihüseyn bəy,

Baba bəy
Atası Məlik İsay
Dini müsəlman

Bağdad bəy 1757-ci ildə Qarabağın Dizaq mahalının paytaxtı Tuğ kəndində anadan olmuşdu.
Atası Məlik İsay bir müddət Dizaq mahalının məliyi olmuşdu. İbrahimxəlil xan Cavanşirə qarşı çıxdığından 1781-ci ildə öldürüldü.
Bağdad bəy Ərdəbilə qaçdı. Orda özünə müttəfiq axtardı. Nəzərəli xan Şahsevən onu tutub Ərdəbil qalasına saldı. 1795-ci ildə müsəlmanlığı qəbul etdi və Ağa Məhəmməd şah Qacarla Qarabağa gəldi. Şah İrana dönəndən sonra Qarabağ xanı ilə yaxınlaşdı. Xan onu himayəsinə aldı.