"Başkortostan" (başq. Башҡортостан) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində başqırd dilində dərc olunan gündəlik ictimai-siyasi qəzet.
Başkortostan (başq. Башҡортостан) | |
---|---|
Növ | ictimai-siyasi qəzet |
Format | А2, dörd zolaqdan ibarət |
Sahibi | Başqırdıstan parlamenti, Başqırdıstan Respublikası Hökuməti |
Baş redaktor | Niyazbəy Səlimov |
Yaranma tarixi | 1917 |
Dil | Başqırd dili |
Baş ofis | |
Ünvan | Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Ufa şəhəri |
Tiraj | 23000 (2011) |
bashgazet.ru |
Qəzet 1917-ci ilin iyun ayında Orenburqda "Башҡорт иттифаҡи бюроһының мөхбире" (azərb. "Başqırd regional bürosunun xəbərçisi") adı ilə fəaliyyətə başlamışdır. Bundan sonra adı bir neçə dəfə dəyişilmişdir. İlk dəyişiklik cəmi bir ay sonra olmuşdur. Belə ki, elə həmin ilin iyul ayında adı dəyişdirilərək "Башҡорт" (azərb. "Başqırd") olmuşdur.
1924-cü ildən etibarən redaksiya heyətinin bölməsi birdilli bölməyə çevrilmişdir. 1929-cu ildən indiyə qədər gündəlik nəşr olunur.
1937-ci ildən "Qьđьl Başqortostan" (azərb. "Qızıl Başqırdıstan"), 1951-ci ildən isə "Совет Башҡортостаны" (azərb. "Sovet Başqırdıstanı") adlanmışdır.
1990-cı ildən indiki "Башҡортостан" (azərb. "Başqırdıstan") adını daşıyır.
2001-ci ildən 2007-ci ilədək ayda bir dəfə olmaqla başqırd dilində "Нефтекама яңылыҡтары" (azərb. "Neftekams xəbərləri") adlı əlavəsi çap edilmişdir.
|