Başlama vuruşu (futbol)

15 İyun 2012-də keçirilən İsveç-İngiltərə oyununda başlama vuruşu etməyə hazırlaşan Zlatan İbrahimoviçYohan Elmander

Başlama vuruşufutbolda oyuna başlama və bəzi hallarda oyunu bərpa etmə üsullarından biridi. Başlama vuruşu səkkizinci futbol qaydasının bir hissəsidir.[1]

Başlama vuruşu əsas vaxtın və, müvafiq hallarda, əlavə vaxtın hər hissəsini başlamaq üçün istifadə olunur. Start fitdən öncə atılan qəpik püşkatmasında uduzan komanda ilk başlama vuruşunu həyata keçirir, qəpik püşkatmasında udan komanda oyuna meydanın hansı tərəfindən başlayacağını seçir. Oyun hakim fitini çaldıqdan sonra başlıyır. İkinci hissədə başlama vuruşunu digər komanda edir. Əgər oyun əlavə vaxtlara qədər uzanırsa, onda əlavə vaxtın əvvəlində yenidən qəpik püşatması atılır. Əgər hər hansı bir komanda qol vursa, onda qolu buraxan komanda meydanın mərkəzindən başlama vuruşunu yenidən etməli olur, və oyun təkrarən davam edir.

Başlama vuruşu mərkəzi dairədən yerinə yetirilir. Başlama vuruşu edilmədən öncə hər bir futbolçu meydanın öz yarısında olmalıdır və bütün rəqib futbolçular topdan ən azı 9 metr (məsafə mərkəzi dairədən ölçülür) uzaqlıqda qalmalıdılar, əgər hər hansı oyunçu bu məsafəni pozsa, başlama vuruşu təzədən yerinə yetirilməlidir. 2016-cı ildə edilən dəyişikliklərdən sonra, başlama vuruşunu icra edən futbolçuya meydanın istənilən tərəfinə ötürmək imkanı verildi, bundan əvvəl o, yalnız qabağa ötürmək məcburiyyətində idi.[2] Vuruşu edən oyunçu, başqa oyunçunun toxunuşu olmadan, ikinci dəfə topa ayaq vura bilməz, əks halda rəqib komandaya sərbəst vuruş imkanı verilir.

Bilavasitə start fitindən sonra qol vurmaq olar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]