Başlanğıc (film, 1982)

Başlanğıc — 1981-ci ildə rejissor Vaqif Behbudov tərəfindən çəkilmiş qısametrajlı televiziya cizgi filmi. Film Mərkəzi Televiziyanın sifarişi ilə "Azərbaycantelefilm" tərəfindən istehsal olunub. Film yer üzündə sülhün qorunub saxlanmasının vacibliyindən söhbət açır. İki obrazın — xeyir və şərin simasında ehtimal edilir ki, çətinliklər aradan qaldırılacaq və əmin-amanlıq şəraitində yaşamaq mümkün olacaq.

Başlanğıc
Janr qısametrajlı
cizgi
Rejissor Vaqif Behbudov
Ssenari müəllifi Rüstəm İbrahimbəyov
Operator Vaqif Behbudov
Rəssam Fikrət Abbaszadə
İstehsalçı "Azərbaycantelefilm"
İlk baxış tarixi 1982
Filmin növü qısametrajlı televiziya cizgi filmi
Müddət 20 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
İl 1981
Texniki məlumatlar 2 hissə
545 metr
Rəng rəngli

Kukla filmi yer üzündə sülhün qorunub saxlanmasının vacibliyindən söhbət açır. İki obrazın-xeyir və şərin simasında ehtimal edilir ki, çətinliklər aradan qaldırılacaq və əmin-amanlıq şəraitində yaşamaq mümkün olacaq.[1]

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]

1983-cü ildə Alma-Atada X Ümumittifaq televiziya filmləri festivalında ən yaxşı rejissor işinə görə rejissor Vaqif Behbudova Priz verilmişdir.[1]

Filmdə Moris Ravelin "Bolero" əsərindən istifadə olunmuşdur.[1]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
Rejissor: Vaqif Behbudov
Operator: Vaqif Behbudov
Rəssam: Fikrət Abbaszadə
  1. 1 2 3 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 197

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]