Başqırdıstanın dövlət müstəqilliyi haqqında bəyannamə

Başqırdıstan dövlət müstəqilliyi haqqında bəyannamə (başq. Башҡортостандың дәүләт суверенитеты тураһында декларация) — ictimai-siyasi əsas prinsipləri və Başqırd SSR-nin dövlət quruluşlarını elan etmiş sənəd. Bəyannamə 11 oktyabr, 1990-cı il Başqırd ASSR Ali sovetinin III sessiyasında qəbul edilmişdir.

Başqırdıstanın dövlət müstəqilliyi haqqında bəyannamə
Başqırd dilində: Башҡортостандың дәүләт суверенитеты тураһында декларация
Orijinal dil Başqırd dili
İmzalayanlar Başqırd ASSR Ali sovetinin sədri

Bəyannamənin qəbul edilmə tarixi[redaktə | mənbəni redaktə et]

12 iyun, 1990-cı ildə RSFSR-ın xalq deputatlarının qurultayı Rusiya Sovet Federativ Sosializm Respublikasının dövlət müstəqilliyi haqqında Bəyannaməni qəbul etdi. Bu Bəyannamə, həmçinin SSRİ-in Qanunları "SSR ittifaqının və Federasiyanın subyektlərinin arasında səlahiyyətlərin ayrılması haqqında", "SSR ittifaqının iqtisadi münasibətlərinin əsasları haqqında, ittifaqlar və muxtar respublikalar" qanunda, Başqırd respublikasının dövlət müstəqilliyi haqqında Bəyannamənin qəbulu üçün hüquq əsası oldu. 11 oktyabr, 1990-cı ildə Başqırd ASSR Ali sovetinin III sessiyasında respublikanın dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul olundu.

Müharibədən sonrakı dövrdə Tatarıstanda və Başqırdıstanda neft çıxarılması sürətlə inkişaf etməyə başladı. Azərbaycan geoloqlarının və neftçilərinin səyi ilə bu regionlarda yeni neft yataqları kəşf edildi və istismara verildi. 70-80-ci illərdə nəhəng maşınqayırma və digər sənaye müəssisələri işə salındı.

SSRİ dağıldıqdan sonra Tatarıstanda və Başqırdıstanda yerli xalqların idarəçilikdə daha fəal iştirak etməsi tələbləri gücləndi. Müstəqillik uğrunda kütləvi xalq hərəkatı başlandı. Federal hakimiyyət bu müqavilə ilə dövlətin bütövlüyünün saxlanmasına, nail oldu.

Mənbə[redaktə | mənbəni redaktə et]