Başqırdıstanda səhiyyə

Başqırdıstanda səhiyyəRusiya Federasiyasının Başqırdıstan Respublikasında səhiyyə.

2002-ci ildə Başqırdıstanda 481 ambulatoriya-poiklinika müəssisəsi, 41496 çarpayılıq 297 xəstəxana var idi[1]. Əəhalinin hər 10 min nəfərinə 107 çarpayı düşürdü; 2003-cü ildə bütün ölkədə 16,7 min həkim işləyirdi ki, əhalinin hər 10 min nəfərinə 41 həkim düşürdü[1].

Ümumi xəstələnmə hallarında tənəffüs orqanları xəstəlikləri 15,5%, həzm sistemi – 13,8%, qan dövranı – 12% təşkil etmişdir[1].

Ölkənin əsas tibbi kurortları Aksakovo, Krasnousolsk, Şafranovo, Yanqantau və digərləridir[1].

Ölkədə insan ölümlərinin əsas səbəbləri qan dövranı sistemi xəstəlikləri (63%); bədbəxt hadisələr, zəhərlənmə və travmalar (16%); bədxassəli şişlər (12%); tənəffüs orqanları xəstəlikləri (6%) təşkil etmişdir[1].

  1. 1 2 3 4 5 BAŞQIRDISTAN Arxivləşdirilib 2022-08-18 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)