Başqırdıstanda turizm — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər..
Ölkənin Beloretsk rayonunda Belaya çayının sahilində olan “Agidel”, “Arski Kamen”, Ufa rayonunda olan “Vosxod”, Meleuz rayonundakı Nuquş su anbarının sahilində olan “Nuquş” turist bazaları ümumrusiya əhəmiyyətlidir[1].
Cənubi Uralın və Uralönünün speleoloji təbiət abidələri Başqırdıstanda turizm üçün xüsusi əhəmiyyət kəsb edir[1].
Başqırdıstan Milli Parkı ildə 30 min turist qəbul edir[1].
Burada piyada, at və su turizmi növləri inkişaf etmişdir[1].
Ölkə ərazisində karst mağaraları, o cümlədən Uralda ən böyük olan Kutuk-Sumqan mağarası var[1].