Başqırd üsyanı (1681 — 1684)

Başqırd üsyanı— 1681−1684 illər (Seitovskiy qiyamı) (başq. башҡорт ихтилалы; rus. Башкирское восстание) — XVII əsrin ikinci yarısının ən böyük başqırd üsyanlarından biri.

Üsyanın səbəbləri

[redaktə | mənbəni redaktə et]

Üsyana əsas səbəb çar hökumətinin başqırdların zorakı xristianlaşdırılması barədə 16 may 1681-ci ildə dərc edilmiş Fərmanı idi.

Üsyanın baş verdiyi yer

[redaktə | mənbəni redaktə et]

Üsyan şərqdə İset çayının orta axınından qərbdə Volqaya qədər, cənubda Yaik (hal-hazırda Ural çayı) çayının yuxarısından şimalda Kamanın və Çusovayanın orta axınına qədər böyük bir ərazini tuturdu.

Hərbi əməliyyatların gedişi

[redaktə | mənbəni redaktə et]

Üsyançıların əsas gücləri başqırdlar idi onların başlarında tanınmış başqırd nəslindən olan Seit-Batırdan dururdu. İlk çıxışlar 1681-ci ilin yayında Noqay və Sibir ərazilərində başlanmışdır. 1682-ci ilin yazında kütləvi mübarizə başlandı: Kazan daruqisi üsyançıları Zakamski qalasına hücum etdilər, Osinski daruqesindən əsas zərbə Kunqura, qalalara və Stroqanovlar tərəfindən tutulmuş başqırd torpaqlarına yönəldilmişdi . Üsyançıların çoxsaylı dəstələri Ufanı mühasirəyə aldı, Qırmızı Uçurumu, Lovaşnoe və başqa əraziləri, qərbdə — Sərxoş Meşə, Karakulino və başqa yerləri tutdu. Mayda üsyan bütün ərazini əhatə edirid. Üsyanı yatırtmaq üçün hökumətin etdiyi müvəffəqiyyətsiz cəhdlər hökuməti fərmanı ləğv etmək barədə və üyanda iştirak edən bütün başqırdları əfv etmək barədə vəd verməyə məcbur etdi. Kuçukom Yulayevın başçılığı ilə üsyançıların bir hissəsi mübarizəni dayandırdı və ərizəylə hökumətə müraciət etdi, lakin digər hissə Seitin başçılığı ilə mübarizəni davam etdi. Üsyançılar Kalmık Ayukayla əlaqə yaratdılar. 1682-ci ilin iyulunda Kalmık dəstələri Başqırdıstana gəldi. Üsyan yenidən canlandı. Başqırdlar və kalmıklar Ufanı və Menzelinsyi mühasirəyə aldılar, dustaqxanalara, qala divarlarına, başqırd torpaqlarındakı kəndlərə hücum etdilər. Kalmıklarla başqırdların ittifaqını dağıtmaq məqsədi ilə hökumət Ayukoyla danışıqlara başladı və 1683-cü ilin əvvəlində onu üsyanı dəstəkləməkdən imtina etməsinə nail oldu. Başqırdıları Rusiyadan ayrılmağa məcbur etmək və onu özünə tabe etmək məqsədilə 40 min nəfərlik bir dəstə ilə Kalmık Ayuka Başqırdıstanın sərhədlərini işğal etdi. Kalmıkların qəddarlığı başqırd üsyançılarını Rusiya çarlığına qarşı mübarizəni dayandırmağa məcbur etdi. Bununla da çar hökuməti heç vaxt müsəlmanları zorla xaç suyuna salmaq barədə fərman vermədiyinə dair bəyənat verdi.

Üsyanın nəticələri

[redaktə | mənbəni redaktə et]

Üsyançıların inadı Rusiya hökumətini güzəştə getməyə məcbur etdi: o başqırd torpaqlarının işğal olunmasını dayandırdı, başqırdların votçina hüquqlarını (Başqırdların votçina hüququ— bu torpaqdan istifadənin hamı üçün mütləq olan qaydalarının məcmusudur və adi hüquq normalarında başqırdların mülkədar torpaq sahibliyidir.) təsdiq etdi və zorakı xristianlaşdırma siyasətindən imtina etdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat siyahısı

[redaktə | mənbəni redaktə et]
  • Акманов И. Г. Башкирские восстания XVII−начала XVIII вв. — Уфа: "Китап", 1998.
  • Акманов И. Г. Башкирия в составе Российского государства в XVII−первой половине XVIII века. — Свердловск: Изд-во Уральского университета, 1991