Başqırd əlvan ördəkləri

Başqırd əlvan ördəkləri — ətlik ördək cinsi[1]. Rusiya Federasiyasının Başqırdıstan Respublikasının "Blaqovarski" damazlıq quşçuluq zavodunda yetişdirilmişdir[1].

Tük örtüyü qəhvəyi rəngdədir[1]. 5–6 həftəlik erkək fərdlərin başı, boynunun, belinin və quyruğunun yuxarı hissəsi qara-mavi çalarlıdır[1]. Başı orta böyüklükdədir[1]. Boynu qısa və yoğundur[1]. Döşü enli, qabarıqdır[1].

7 həftəlik körpə ördəklərin kütləsi 3,4 kq-a çatır[1]. Əti zərif, şirəli, yüksək pəhriz xüsusiyyətlərinə malikdir[1].

Yumurtlağanlıq il ərzində 200–220 yumurtadan ibarət olur[1]. Bir yumurtanın çəkisi 80–90 qramdır. Mayalanma qabiliyyəti 93,7%-dir[1].

Başqırd əlvan ördəklərini ən sadə tikililərdə və dayaz su hovuzlarında – nohurlarda saxlayırlar[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 BAŞQIRD ƏLVAN ÖRDƏKLƏRİ Arxivləşdirilib 2022-08-18 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)