Babək Məmmədrzayev

Babək Məmmədrzayev (d. 14 yanvar 1987, Şımkent, Qazaxıstan SSR, SSRİ) — Azərbaycan əsilli Qazaxıstan musiqiçisi.[1]

Babək Məmmədrzayev
Ümumi məlumatlar
Doğum tarixi (37 yaş)
Doğum yeri Qazaxıstan SSR, SSRİ
Vətəndaşlığı Qazaxıstan Qazaxıstan
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Janr Hip-hop

Həyatı[redaktə | mənbəni redaktə et]

Babək Məmmədrzayev Qazaxıstanın Şımkent şəhərində anadan olub.

Qazaxıstan Milli İncəsənət Akademiyasını bitirib. Akademiyanı bitirəndən sonra Qazaxıstanda məşhur "The Magic Of Nomads" musiqi kollektivinə qoşulub. Orada vokalçı kimi çıxış edirək MDB ölkələrinə qastrol səfərlərinə çıxmağa başlayıb.

2016-cı ildə Babək Məmmədrzayev Qazaxıstanın aparıcı səsyazma şirkəti olan "Elvin Grey Music"lə müqavilə imzalayaraq sözügedən studiyanın komandası ilə birlikdə bir ildə 150-dən çox şəhərə qastrol səfərinə gedib. Hazırda Rusiyada ən çox tələb olunan ifaçılardan biridir.[mənbə göstərin]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bakıya ilk dəfə gələn azərbaycanlı fürsəti fövtə vermədi". sputnik.az. sputnik.az. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2019.