Baba Mustafayev Xanlar oğlu — azərbaycanlı əməkdar məşqçi[1], Ulduz klubunun təsisçisi, hakim [2], keçmiş futbolçu və uşaq futbol məşqçisi, [3] bədən tərbiyəsi müəllimi, [4] həmçinin Mingəçevir şəhər idman komitəsinin keçmiş sədri. [5]
1940-cı il yanvar ayının 17-də Samux rayonunun Mansarlı kəndində anadan olub.[6]. Atasının Xanlar balıqçı, anası Güləsər evdar qadın olmuşdur. 40-cı illərin sonunda, Baba Mustafayev və ailəsi kəndi tərk edərək Mingəçevir şəhərinə köçməyə məcbur olurlar. [7]
Mingəçebir şəhərinə köçükdən sonra, Baba Mustafayev futbolla maraqlanmağa başlayır. O "Azərelektroizolasiya" zavodunun komandasında çıxış etməyə başlayır. Həmçinin o dövrdə hakimlik də edirdi. [8]
Baba Mustafayev, Rusiyanın "Penza" futbol klubunda hücumçu mövqeyində çıxış etmişdir. 1960-cı ildə, "Azərbaycan Bədən Tərbiyəsi" adlı texnikomun nəznində fəaliyyət göstərən "Gəncə Məşqçilər Məktəbində" oxumağa başlayır. 1962-ci ildə isə, məktəbi bitirir. [9] Bununla birlikdə 3, 6 və 13 nömrəli Mingəçevir şəhər məktəblərində idman müəllimliyi etməyə başlayır.
Bir müddət sonra isə o, uşaq futbolunun inkişafı üçün məşqçi kimi çalışmağa başlamışdır. O, Mingəçevir şəhərində Ulduz adlı futbol klubu yaratmış, 1967-ci ildə, SSRİ keçirilən, "Dəri Top" yarışlarında iştirak etmiş və ilk ildəcə çempion olmuşdur. [10]
1972-ci ildə Respublikanın əməkdar məşqçisi adına layiq görülüb. [11]
1974-cü ildə o, Mingəçevir şəhər idman komitəsinin sədri təyin olunur. 7 il bu işdə çalışır. [12]
5 iyun 1993-cü ildə Baba Mustafayev vəfat edir [13]
Baba Mustafayevin "Ulduz" klubunda oynayan təcrübəli futbolçu olan Yuri Romenski ilk vaxtlar hücumçu mövqeyində çıxış etsə də, məhz onun sözü üzərində "qapıçı" olaraq oynamağa başladı.