Baba yurdunda

Baba yurdunda (pyes) — XIX əsrin sonunda Azərbaycan dramaturgiyasında maarifçiliyin növbəti mərhələsini başa çatdıran Əbdürrəhim bəy Haqverdiyev realist ədəbiyyatımızın və sənətimizin inkişafında əhəmiyyətli xidmətlər göstərmişdir. 1920-ci ildən sonra Ə. Haqverdiyev yaradıcılığının üçüncü dövrü başlanır. Bu dövrdə yazdığı dram əsərlərindən biridə "Baba yurdunda" pyesidir.

Baba yurdunda

Əsərin mövzusu

[redaktə | mənbəni redaktə et]

"Baba yurdunda" (1927) pyesində Pərviz xanın nəslindən olan Cahangir ağanın zülmü təsvir olunur. Aradan iki əsr keçməsinə baxmayaraq, Azərbaycan kəndlisinin halı dəyişməmişdir. Pərviz xan getmiş, Cahangir ağa gəlmişdir. Cahangir ağa yoxsul kəndli qızı Gülnisəni zorla alır, nişanlısı yoxsul İskəndəri isə öldürtdürür. Əsərin axırında Cahangir ağanın oğlu, İskəndərzadə adı ilə meydana çıxır və öz atasına qarşı mübarizə aparıb, ölkədə zəhmətkeşlər hakimiyyəti yaranmasına çalışır. Kəndli qızından olan İskəndərzadə dairə icraiyyə komitəsinin sədri vəzifəsində işləyir. Müəllif yoxsul kəndlilərin zülmdən azad olub, hökumət işlərində böyük mövqe tutmalarına sevinir, xalqın azadlığı uğrunda çalışan İskəndərzadəni dərin məhəbbətlə təsvir edir.

Pyesdə Həsən surəti də vardır ki, o, kasıb kəndlidir. Lakin xəbisdir. Qızı Gülnisənin yalvarış və göz yaşlarına baxmayaraq, onu Cahangir ağaya zorla verir və özünün "səadətə" çatdığına sevinir. Cahangir ağa ilə qohum olmağından istifadə edərək, yoxsul kəndlilərə zülm edir. Xalqın, о cümlədən ədibin Həsən kimi xəbislərə, "öz sinfinə qənim kəsilənlərə" nifrəti daha böyükdür[1].

  • Cahangir ağa – iyirminci əsrin əvvəlində, Pərviz xan nəslindən bir mülkədar, otuz beş yaşında
  • Ehsanxan – qoca mülkədar, Cahangir ağanın mülk qonşusu
  • Namaz – Cahangir ağanın darğası
  • Gülnisə, Balaqız – kənd qızları
  • Həsən – Gülnisənin atası
  • Tubu – Həsənin arvadı
  • Sadıq, Həzrətqulu – kəndli
  • Şahmar bəy — pristav
  • Aşıq Cəfər – saz aşığı
  • İskəndərzadə – dairə icraiyyə komitəsi sədri
  • Mirzə Səməd – katib
  • Kəndlilər, şikayətçilər, qadın, yasovul, yüzbaşı, toybaşı, fərraş, mirab, milisioner və s.
  1. Kamran Məmmədоv. ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV SЕÇİLMİŞ ƏSƏRLƏRİ (PDF). II cilddə, I cild. Bakı: “Lider nəşriyyat”. 2005. səh. 22-23, 313.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]