Babi Bədəlov

Babi Bədəlov (18 iyun 1959) — Azərbaycanlı şair və incəsənət xadimi.

Babi Bədəlov
Doğum adı Babaxan Bədəlov
Doğum tarixi (65 yaş)
Doğum yeri Lerik rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Fransa Fransa
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair, rəssam
Fəaliyyət illəri 1980-indiyədək
Janr Avanqard
babibadalov.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Babi Bədəlov 18 iyun 1959-cu ildə Azərbaycan SSR Lerik rayonunda doğulub. 15 yaşı olanda Bakıya köçüb.[1] 2 il Sovet ordusunda xidmət etdikdən sonra 1980-ci ildən Leninqradda yaşamağa başlayıb və rəssamlıq edib. 2008-ci ildə İngiltərəyə gedib və mühacirət etmək istəyib, lakin Babinin müraciəti sığınacaq üçün yetərli hesab olunmayıb. O, sığınacaq üçün İngiltərədən sonra Fransaya üz tutub. Nəhayət, iki ildən sonra Fransa vətəndaşlığını ala bilib.

Paris, Kartaxena, Antverpen kimi şəhərlərdə sərgiləri baş tutub.

  • Gustie usi indusa adlı şeir kitabı 2010-cu ildə Berlində çap olunub.
  • Brâncuși, Babi Bədəlov, 2007
  • Abramoviç, Babi Bədəlov, 2007
  • Hər şey mümkündür, Uzun dırnaqlar, Babi Bədəlov, 2007
  • Türkmən üçün ətir, Babi Bədəlov, 2008
  • Ya pulun ya da canın, Babi Bədəlov, 2008
  • Məni eşidirsənmi, Sergey İvanoviç, Babi Badalov, 2009
  • Sənətkar, döyüşçü yox, Babi Bədəlov, 2009
  • Buş Fırça Buş,[2] Babi Bədəlov, 2009

https://babibadalov.com/

https://www.theneweastisqueer.com/post/meet-babi-badalov-the-queer-azerbaijani-artist-exiled-in-paris

  1. "Azərbaycanlı homoseksual rəssam Bakı "Eurovision"u haqda..." 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-23.
  2. "Bush Brush Bush, Gallery ARTRA, Milan, Italy". 2011-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-23.