Babinski simptomu və ya Plantar refleks — təhrif olunmuş ayaqaltı refleksdir. Piramid fəaliyyətinin pozulması zamanı meydana çıxır. Bu refleksi yaratmaq üçün pəncəaltının lateral hissəsini cızmaqla qıcıqlandırmaq lazımdır. Bu zaman baş barmaq açılır, o biri barmaqlar yelpikvari vəziyyət alır.[1]