Babuin (lat. Papio cynocephalus) — əntərkimilər fəsiləsinin pavianlar cinsinə aid məməli heyvan.
Babuin | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Babuin |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Bədəninin uzunluğu 60–70 sm, quyruğunun uzunluğu 50 sm-ədək olur. Başı it başına oxşayır; burun dəlikləri üzünün qurtaracağında yerləşir, köpək dişləri güclü inkişaf etmişdir. Tükü açıq-sarı rəngdədir (sarı pavian adı da buradandır). Mərkəzi və Şərqi Afrikada yayılmışdır; bozqır və dağlıq yerlərdə məskunlaşır. Gündüzlər fəaldır, əsasən, yerüstü həyat keçirir. Bitki (meyvələr, soğanaqlar və s.) və heyvani (həşəratlar, xırda onurğalılar) yemlərlə qidalanır; bəzən k.t. bitkilərinə çox zərər vurur. Babuin qrup halında yaşayır; sürüyə yaşlı erkəklər başçılıq edir.