Bu məqalə qaralama halındadır. |
Backlink — SEO (axtarış mühərriki optimizasiyası) edilərkən istifadə olunan və dünyada ən çox istifadə olunan söz. Qısa desək, bir veb saytdan digərinə verilmiş bir keçiddir. Google kimi axtarış motorları sıralama faktorlarından biri olaraq backlinklərdən istifadə edir. veb sayt nə qədər çox yüksək DA (Domain Authority) malik backlinki olarsa istifadəçilər üçün o qədər faydalı olduğuna inanırlar. Yüksək keyfiyyətli yəni yüksək DA reytinqinə malik backlinklər bir veb saytın sıralama mövqeyini və axtarış motorları nəticələrində (SERP- Search Engine Result Page) görünməsini artırmağa və ilk sıralarda çıxmasına kömək edə bilər. Backlinklər üçün istifadə olunan mətnə anchor text deyilir. Xüsusi açarsözləri axtarış motorlarında üst sıralarsa çıxarmağa çalışdığınız zaman, anchor texlərin böyük köməyi olur.
Backlinklərin iki əsas növü var və biri digərindən daha vacibdir: Nofollow və Dofollow backlink.
Nofollow etiketi axtarış motorlarına linki görməməyi tapşırır. Bir saytdan digərinə heç bir dəyər ötürmürlər. Yəni, ümumiyyətlə axtarış sıralamalarınıza və ya irəliləməyinizə köməkçi olmurlar.
Dofollow backlinklər hər kəsin istədiyi backlink növüdür. Yalnız yüksək DA malik veb saytlardan gələn backlinklərin ən çox dəyər verdiyini unutmayın. Bu cür backlinklər axtarış motorlarında veb saytınızın reytinqini yaxşılaşdırmağa kömək edə bilər.
Bununla yanaşı pis və ya ‘zərərli’ hesab olunan backlinklər də mövcuddur. Bu tip backlinkər şübhəli, spam veb saytlardan gəlir və ya axtarış motorlarının xidmət şərtlərini pozaraq əldə edilir. Bu tip backlinklər Google’un saytınızı cərimələməsinə və ya hətta Google indeksindən silinməsinə səbəb ola bilər. Unutmayın ki, əsas şərt backlinklərin sayı deyil, sıralamada fərq qoyan backlinklərin keyfiyyətidir.
Backlink nədir və necə alınır? Arxivləşdirilib 2020-02-06 at the Wayback Machine