Bu məqalə qaralama halındadır. |
Badamlı qəbiristanlığı — Şahbuz rayonunun Badamlı kəndində arxeoloji abidə.
Qəbiristanlıq hər tərəfdən həyatyanı sahələrlə əhatə olunmuşdur. Qəbirlərin əksəriyyətinin izi itmiş, bəzilərinin yalnız baş daşları salamat qalmışdır. Baş daşlarının üzərində ərəb əlifbası ilə yazılmış kitabələr, qırmızımtıl rəngli tuf daşından hazırlanmış bir qoç fiquru vardır. Əhalinin verdiyi məlumata görə vaxtilə nekropolda xeyli daş qoçlar olmuşdur. Qəbiristanlığın mərkəzi hissəsində dairəvi formalı türbənin bünövrəsinə aid qalıqlar saxlanmışdır. Badamlı nekropolunu XVI–XIX əsrlərə aid etmək olar.
Şahbuz rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |