Badamlı türbəsi

Badamlı türbəsiAzərbaycan Respublikasının Şahbuz rayonunun Badamlı kəndində memarlıq abidəsi.

Yonulmuş dördkünc formalı daşlardan dairəvi formada inşa olunmuşdur. Girişi qərb tərəfdəndir. Binanın divarları tamamilə uçub tökülmüşdür. Ətrafı daşla örtüldüyündən xarici divarlarının formasını müəyyən etmək mümkün olmamışdır. Türbəni təqribən 14-16 əsrlərə aid etmək olar.[1]

  1. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: 2008