Badaqalar - Çənubi Hindistanda Tamilnad ştatında yaşayan xalq. Mavi dağların vadisində (Nilgiri) məskunlaşmış xalq. Badaqaların sayı 170 min nəfərdir (2005). Avstraliya böyük irqinin vedda irqinə mənsubdurlar. Hazırda yaşadıqları ərazilərə XVI-XVIII əsrlərdə şimaldan köçmüşlər (adları da buradandır). Dinləri induizmdir, ənənəvi inanclar da saxlanılır [1]
Badaqalar Dravid dil ailəsinə aid badaqa dilində danışırlar.
Yaşayış evləri iki otaqdan və anbardan ibarət olan böyük daş binalardır. Badaqaların əksəriyyəti vegeteriandır. Onların mətbəxinin ayrılmaz hissəsini kartofdan, kələmdən, gicitkandan hazırlanmış yeməklər təşkil edir.
Badaqaların əsas məşğuliyyətləri terraslı toxa əkinçiliyi və tərəvəzçilikdir. Badaqaların bir hissəsi plantasiyalarda, meşə materialları emalı və yol tikintisi sahələrində çalışırlar. Badaqalar istifadə etdikləri torpağa görə yerli maldar tayfası todalara məhsulun 6/1-ni ödəyirlər.