Badaxos sülh müqaviləsi (1801) — Portuqaliyanın Fransa və İspaniyaya qarşı müharibədə məğlub olması nəticəsində 1801-ci il 6 dekabrda İspaniyanın Badaxos şəhərində bağlanmış sülh müqaviləsi.
Badaxos sülh müqaviləsi | |
---|---|
İmzalanma tarixi | 6 iyun 1801 |
Müharibəyə səbəb I Napoleon Bonapartın Böyük Britaniya ilə münasibətləri kəsmək tələbinin Portuqaliya tərəfindən rədd edilməsi idi. Badaxos sülh müqaviləsi İspaniya-Portuqaliya (11 maddə) və Fransa-Portuqaliya (6 maddə) sülh və dostluq müqavilələrindən ibarətdir. Portuqaliya öz portlarını Böyük Britaniya donanması üçün bağlamağı, müttəfiqlərin donanmaları üçün açmağı, Fransaya Qvineyanın bir hissəsini verməyi, Fransa ilə onun üçün əlverişli olan ticarət müqaviləsini bağlamağı və ona 20 milyon frank məbləğində təzminat ödəməyi, İspaniya ilə müttəfiq ittifaqını bərpa etməyi və Badaxos şəhərinə iddialardan əl çəkməyi öhdəsinə götürürdü. İspaniya işğal etdiyi Alenteju və Alqarvi əyalətlərini (ətrafı ilə birlikdə Olivensa qalası və Qvadiana çayının sağsahil torpaqları istisna olmaqla) Portuqaliyaya qaytarırdı. Trafalqar vuruşmasında (1805) Fransa-İspaniya donanması ingilislər tərəfindən darmadağın edildikdən sonra Portuqaliya Badaxos sülh müqaviləsinin şərtlərini pozdu və öz portlarını Böyük Britaniya ölkələri üçün açdı.