Badkubə gimnaziyası

Badkubə gimnaziyası Başqa adı ilə Bakı Gimnaziyası. Bakıda olmuş gimnaziya.

Müəllimləri[redaktə | mənbəni redaktə et]

Həsən bəy Zərdabi - Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869) Nəriman Nərimanov- Badkubə gimnaziyasının türk dili müəllimi 1899[1]

Gimnazyanın tarixi[redaktə | mənbəni redaktə et]

Bizim Qafqazda, məsələn Badkubə gimnaziyasında ol qədər oxumaq istəyən var ki, keçən il 100 adamdan yer olmadığına ancaq 50 adam qəbul olub. Pəs nə ki, ruslar, hətta bizim Qafqazda olan millətlər oxumağın xeyrini bilib tamam məktəbxanalarımızı doldurubdurlar.

İndi görək bizim məktəbxanalarda oxuyanlar kimdir?

Badkubə quberniyasının sakinləri təxminən yüz min olsa, o cümlədən on mindən ziyadə erməni olmaz. Rus ki, onlardan da azdır. Bizim quberniyada bircə Badkubə gimnaziyası var ki, onda 500 oxuyan, o cümlədən 250 rus, 150 erməni və 100 müsəlmandır.

33 zikr olan müsəlmanlardan padşahlıq xərci ilə pansionda oxuyur, baqisi öz xərcləri ilə oxuyurlar. O cümlədən 30-can Badkubə əhlidir ki, əvvəlinci klasa giribdirlər, rus dili öyrənib sonra öz dadistədlərinə məşğul olsunlar. Əlbəttə, onları elm təhsil edən hesab etmək olmaz.

Pəs bizim məktəbxanalarımızda oxuyanlar rus, erməni və qeyri millətlərdirlər. Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qaçan kimi qaçırıq, hətta padşahlıq xərci ilə də oxumaq istəmirik. Məsələn, Dağıstan müsəlmanlarından Badkubə gimnaziyasında gərək 15 padşahlıq xərcilə oxuyan olsun, amma müsəlmanlar oxumaq istəmədiyinə onlardan ancaq 13 müsəlman oxuyur, ikisinin əvəzində rus uşaqları oxuyurlar.

Belə olan surətdə biz müsəlmanlar elm təhsil etməkdən, yəni zindəganlıq cənginin əsasını ələ gətirməkdən qaçmaqlığa görə ol cəngdə məğlub olub mürur ilə tələf olacayıq.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-30.
  2. "Əkinçi", 4 noyabr 1875, №8