Bahadır və Sona (opera)

Bu məqalə Süleyman Ələsgərovun "Bahadır və Sona" operası haqqındadır. Digər mənalar üçün Bahadır və Sona səhifəsinə baxın.

Bahadır və Sona — bəstəkar Süleyman Ələsgərovun Nəriman Nərimanova məxsus eyniadlı faciəvi pyesi əsasında yazdığı opera. Əsər 1962-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində müvəffəqiyytələ tamaşaya qoyulmuşdur. Libretto müəllifi Əfrasiyab Bədəlbəyli, şerlər Ş.Qurbanovundur. Əsərin ideyasını lirik-psixoloji opera janrında təcəssüm etdirən bəstəkar, klassik operaların, həmçinin Azərbaycan, rus və Qərb operaları ənənələrinə əsaslanır.

Azərbaycanlı müsəlman tələbə Bahadır və erməni qızı Sonanın sevgi hekayəsindən bəhs edir.